Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Dekabr

2013
10:01
Bakıda www. virtualkarabakh.az portalının təqdimatı olub

“Virtual Qarabağ” İnformasiya–kommunikasiya Texnologiyaları Mərkəzinin www.virtualkarabakh.az portalı təqdim edilib.

Təqdimat mərasimində rəsmi şəxslər, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, yerli və beynəlxalq gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

“Virtual Qarabağ” İnformasiya–kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011–ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011–2015–ci illərdə” Dövlət Proqramının 6.2.2-ci yarımbəndinə uyğun olaraq yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulmasıdır.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İnformasiya–kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması üzrə layihənin tərəfdaşları Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumudur.

Tədbirdə, həmçinin “Qarabağa doğru” filmi və “ Şuşa - Virtual Səyahət” 3D qrafik təsvirli filmi də nümayiş olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
224

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
210

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
234

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
251

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
453

Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub

03

İyun
10:00
HÜQUQ,HADİSƏ
290

Xarici valyutaların manata qarşı məzənnələri

03

İyun
09:29
İQTİSADİYYAT
306
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 16:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru