Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Dekabr

2013
16:52
Zakir Həsənov Bakı Qarnizonunda yerləşən Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Qarnizonunda yerləşən Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub. Bu barədə FaktXəbər-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsi, onların imkanları və effektiv istifadəsi, uçuş-enmə zolaqlarının, trenajor siniflərinin, yardımçı bina və tikililərin mövcud vəziyyəti ilə tanış olub.

Zabit heyətilə keçirilən görüşdə ordu quruculuğu sahəsində qarşıya qoyulan vəzifələr haqqında danışılıb, xidmətdə fərqlənən hərbçilərə növbəti rütbələr verilib, şəxsi heyət medal və qiymətli hədiyyələrlə təltif olunub.

Müdafiə naziri hərbi hissədəki qərargah binası, yeməkxana və məişət kompleksi, zabitlərin və onların ailələri üçün nəzərdə tutulan yaşayış binalarındakı tikinti-tamamlama işlərinin yekunlaşdırılması, o cümlədən aparılan digər inşaat işlərinin sürətlə davam etdirilməsi ilə əlaqədar tapşırıqlar verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
563

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
430

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
515

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 06:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru