Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2013
15:35
609
Yol polisi avtobus sürücülərinə qarşı genişmiqyaslı reydlərə başlayıb

Bu gündən etibarən yol polisi respublikada, xüsusən də Bakıda avtobus sürücülərinə qarşı genişmiqyaslı reydlərə başlayıb. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, reydlərin keçirilməsində məqsəd ağır qəzaların baş verməsinin qarşısını almaq, sərnişindaşımada nizam-intizam yaratmaq, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir:

"Yol polisi tərəfindən yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı ciddi tədbirlər görüləcək. Onlar bilməlidirlər ki, onlarla insanın həyatına görə məsuliyyət daşıyırlar. İnsanların həyatı ilə oynamaq olmaz. Ona görə də avtobus sürücüləri diqqətli olmalı və "Yol hərəkəti haqqında" qanunun tələblərinə ciddi riaayət etməlidirlər".

Qeyd edək ki, 2013-cü ilin 11 ayı ərzində avtobusların iştirakı ilə 97 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 52 nəfər ölüb, 116 nəfər xəsarət alıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
351

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
437

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
488

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
963

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
578

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
558
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 18:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru