Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2013
15:16
“Hakimiyyət belə bir addım atarsa, beynəlxalq aləmdə biabır olacaq”

Akif Heydərli: “Qanuna təklif edilən əlavələrin mahiyyəti tamamilə açıqlanmayıb”

Həsən Kərimov: “AXCP-yə indiyə kimi qərargahın verilməməsi bu qəbul ediləcək qərara  hesablanmış bir addımdır”

Azərbaycanda siyasi partiyalardan baş qərargahları ilə bağlı sənəd tələb olunacaq, əks halda həmin partiyalar qeydiyyata alınmayacaq, yaxud fəaliyyəti ləğv olunacaq. Bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5-ci maddəsinə əlavələr təklif olunur.

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən AİP-in sədr müavini Akif Heydərli bildirdi ki, qanuna təklif edilən əlavələrin mahiyyəti tamamilə açıqlanmayıb. Qeydiyyata düşmək istəyən partiyaların mərkəzi qərargahının mövcudluğunun zəruri olduğunu bildirən Akif bəy, “partiya əgər hüquqi və ya fiziki şəxs deyilsə, onda onun qərargahı necə ola bilər. Eyni halda burada qeydiyyatdan keçməyən partiyaların məsələsi də qaranlıq olaraq qalıb. Ona görə ki, qeydiyyatdan keçməyən partiyaların hüquqi ünvanı heç bir halda mövcud deyil”, - deyə qeyd etdi: ”Bir sözlə yeni təkliflər anlaşılmazdır və Milli Məclisdə dəqiqləşdirməyə ehtiyac var.“

AXCP-nin sədr müavini Həsən Kərimov isə açıqlaması zamanı qanuna ediləcək dəyişikliyi birbaşa onlarına partiyasına yönəlmiş addım kimi dəyərləndirib. 

Həsən bəyin sözlərinə görə, hakimiyyət neçə illərdir AXCP-ni qərargahla təmin etmir, partiyaya ofis icarə verənlərə təzyiq  göstərir: “Artıq AXCP-nin fəaliyyətini qapatmaq istiqamətində fikirlərini reallaşdırmağa başlayırlar. Hakimiyyət həm beynəlxalq  təşkilatlar qarşısında götürdüyü öhdəliklər, həm konstitusiya qanunlarına müvafiq olaraq siyasi partiyaları qərargahla təmin  etməlidir. Ancaq hakimiyyət hər hansı bir qanuna əməl etmir. AXCP-yə indiyə kimi qərargahın verilməməsi bu qəbul ediləcək qərara  hesablanmış bir addımdır. Əbəs yerə özlərini yorurlar. AXCP beynəlxalq aləmdə tanınmış bir partiyadır. Hakimiyyət belə bir addım  atarsa, beynəlxalq aləmdə biabır olacaq. Digər tərəfdən, ölkəyə müstəqillik gətirən bir təşkilatın qeydiyyatının ləğv edilməsi  onlara baş ucalığı gətirməyəcək."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
402

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 16:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru