Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2013
14:19
1281
Benzin bahalaşmasına görə, artan 12-15 manatlıq xərc avtobus sürücülərinin boynunda qalıb
“1 həftədir Transqeyt MMC ilə əlaqə saxlamağımıza baxmayaraq, qurumdan cavab verən yoxdur”

Taarif Şurası benzinin qiymətinin artırılmasına dair qərar verdikdən sonra, ilk etiraz edən avtobus sürücüləri oldu. Ona görə ki, səhər saat 6-dan axşam 12-yə qədər min bir əziyyətlə, şəhərin tıxaclarında işləyərək ailəsinə çörək pulu aparan sürücülər, benzin artımından sonra gündəlik 12-15 manat artıq yanacaq pul xərcləmək məcburiyyətində qalıblar. Lakin ilkin olaraq sürücülər düşünürdülər ki, ən azından sürdükləri avtobusların mənsub olduğu şirkətlər, gündəlik planın miqdarını aşağı salacaq. Amma sürücülərin gözləntiləri lazımı formada özünü doğrultmayıb. Avtobus sürücülərinin FaktXeber.com-a verdiyi məlumata görə, benzinin qiyməti bahalaşdıqdan sonra, gündəlik artıq xərc kimi əmələ gələn 12-15 manatlıq benzin pulunun cəmi 5 manatı şirkət tərəfindən qarşılanıb. Yerdə qalan 8-10 manat isə sürücülərin boynunda qalıb.   

Mövzu ilə bağlı 1 həftəyə yaxındır ki, Transqeyt MMC –ilə əlaqə saxlamağımıza baxmayaraq, qurumda bizə cavab verən olmayıb. Telefon zəngimizə cavab verən xanım işçi, telefon nömrəmizi qoymağı xahiş etdi və bildirdi ki, "Transqeyt" MMC-nin müdir köməkçisi Samir Hüseynov müəllim özü sizinlə əlaqə saxlayacaq. Lakin 1 həftədir ki, Samir müəllim bizimlə əlaqə saxlaya bilməyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1039

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
60

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
306

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
341
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 17:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru