
Bu gün səhər saatlarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində “Hyundai” markalı maşın 81 saylı marşrutla hərəkət edən “Daewoo” avtobusu tərəfindən əzilib.
Qəzadan əvvəl avtobus dayanacaqda dayanıbmış. Həmin avtobusun qarşısında saxlayan “Hyundai”ın içərisindəki qadın qəflətən arxa qapını açıb. Bu zaman hərəkətə gələn avtobus maşının qapısını əzib.
Maşından düşən qadın sürücü qışqıraraq qəzada avtobusun sürücüsünü günahlandırıb. Qadın "vur öldür bizi" deyərək sürücünün üstünə qışqırıb. Tərəflər arasında mübahisə uzun müddət davam etdiyindən sərnişinlər avtobusu tərk etməli olublar.
Qəzanın kimin günahından baş verməsini həll edə bilməyən sürücülər yol polisinə müraciət ediblər. Qəzanın səbəbi də məhz polisin araşdırmasından sonra məlum olacaq.
Hadisə baş verən zaman avtobusda olan milli.az əməkdaşı dava anınını videoya çəkib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO