Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2013
11:11
695
Gülər Əhmədova hələ də Bakı Dövlət Universitetinin müəllimidir

Universitetin sosial elmlər və psixologiya fakültəsinin dekanı professor Hikmət Əlizadə dekabrın 9-da "Media forum” saytına deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Gülər Əhmədova barəsində elan etdiyi hökm təhsil ocağına gəlib çıxmayıb: "Gülər Əhmədovaya dərs yükü verilməyib. Onun dərsləri başqa müəllimlər arasında bölünüb. Amma Gülər Əhmədova Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müəllimi olaraq qalır. Məhkəmənin hökmü gələn kimi məsələ həll olunacaq”.

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib. Hökmə görə, Gülər Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirib, 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə gizlənməsinə şərait yaradıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
229

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1844

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
380

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1310

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
448
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 04:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru