Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2013
22:37
608
Mahmud Məmmədquliyev: Azərbaycanın Aİ-yə inteqrasiyasında əsas problemlərdən biri Dağlıq Qarabağ münaqişəsidir

Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Trend-in məlumatına görə, bunu Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclasında çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Onun sözlərinə görə, bu əməkdaşlığın əsas məqsədi ölkənin modernləşdirilməsi üçün Azərbaycana ən yaxşı Avropa strandartlarını və təcrübəsini gətirməkdən ibarətdir.

M.Məmmədquliyev bildirib ki, Azərbaycanın Aİ-yə inteqrasiyasında əsas problemlərdən biri Dağlıq Qarabağ münaqişəsidir: "Bu münaqişə təkcə regionun inkişafına mənfi təsir etmir, eləcə də ümumilikdə regiondan kənarda da öz mənfi təsirlərini göstərir".

Nazir müavini qeyd edib ki, əsas siyasi və iqtisadi qurum kimi, Aİ-nin mövqeyi Azərbaycan üçün çox vacibdir: "Biz hesab edirik ki, Aİ bu münaqişənin həllində çox güclü rol oynaya bilər. Bu, təkcə Azərbaycan və Ermənistanın deyil, həmçinin bütün regionunun məsələsidir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
614

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1163
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru