Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2013
21:25
Avtomobiliniz qışa hazırdımı?

Avtomobiliniz qışa hazırdımı?

Soyuq və qarlı havaların daha çox avtomobil sürücüləri üçün problemlər doğurduğu çoxlarına məlumdur.
 

Hər fəslin öz qayğıları var. Qışda temperaturun aşağı düşməsi, yağışlı-qarlı, şaxtalı günlər, mənzillərin lazımınca isidilməməsi və digər məsələlər insanlar üçün müxtəlif problemlər yaradır.

Soyuq və qarlı havaların daha çox avtomobil sürücüləri üçün problemlər doğurduğu da çoxlarına məlumdur. Baş verən yol qəzalarının artması, həmçinin avtomobillərdə  tez-tez texniki problemlərin yaranması onu göstərir ki, qış fəslinə sürücülər də ciddi hazırlaşmalıdırlar. Buna görə də mütəxəssislər bildirirlər ki, avtomobillərə düzgün texniki nəzarət göstərilərsə və qış fəslinin yaradacağı çətinliklərə qarşı vaxtında tədbirlər görülərsə,  yol qəzalarının sayını xeyli azaltmaq olar. Bunun üçün sürücülər nələrə diqqət etməlidirlər? Avtomobillər qış fəslinə hazırlanarkən hansı texniki tələblərə əməl edilməlidir?

Akkumulyator
  Soyuq havalarda akkumulyatorlar daha çox enerji sərf etdiklərindən onlara daha çox nəzarət edilməlidir. Xüsusən, uzun zaman istifadədə olan akkumulyatorlara daha çox nəzarət edilməlidir. Əgər doldurulması mümkün olan akkumulyatorlardan istifadə olunursa, onu vaxtlı-vaxtında doldurmaq lazımdır.

Silgəclər
Silgəclərin şüşə ilə təmasda olan hissəsində çatışmazlıqlar varsa, yenisi ilə əvəz edilməlidir. Soyuq havalarda avtomobilin silgəcindən istifadə etməzdən əvvəl onun şüşə ilə təmasda olan hissəsinin donmadığından əmin olmaq lazımdır. Yaxşı olar kı, istifadədən əvvəl üzərinə isti su axıdılsın.

Qızdırıcılar
 Arxa şüşənin və güzgülərin qızdırılıb-qızdırılmadığı yoxlanılmalıdır. O cümlədən bütün elektrik qızdırıcı cihazların sazlığına nəzarət edilməlidir.

Duman faraları
Sürücü avtomobildə duman faralarının saz vəziyyətdə olmasına nəzarət etməlidir.

Su
  Soyuq havalarda donmanın qarşısını almaq üçün mütləq antiflizdən istifadə olunmalıdır. Suyun tərkibinə qatılacaq antifrizi miqdarını, temperatura uyğn olaraq, müəyyənləşdirmək olar. (Qarışığın donma səviyyəsini ev şəraitində yoxlamaq üçün ondan bir qaba tökərək soyuducuda saxlamaqla bunu təyin etmək olar).

Tormoz sistemi
Avtomobillərin tormoz sisteminə texniki baxış keçirmək lazımdır. Xüsusən, 4 çarxlı avtomobillərin tormoz sisteminin qış rejiminə hazır olub-olmadığı yoxlanılmalıdır.

Təkərlər
Yağışlı, qarlı havaların başlaması ilə bağlı avtomobillərin təkərləri qış rejiminə uyğun olaraq dəyişdirilməlidir. Qış fəslində istifadə olunan təkərlərin üzərlərindəki naxışlar daha hündür olmalıdır. Həmçinin təkərlərin təzyiqi nisbətən aşağı salınmalıdır.

Qoruyucu vasitələr
Avtomobilin alt səthini palçıqdan qorumaq üçün qoruyucu vasitələrin saz olmasına diqqət edilməlidir.

Salonun isidilməsi
 İsidici sistemlər texniki nəzarətdən keçirilmədən ondan istifadə olunmamalıdır. Yay fəslində isidici sistemdən uzun zaman istifadə olunmur. Bu da istifadə zamanı müəyyən problemlər yarada bilər.

Təkər zəncirləri
 Qış fəslində bütün avtomobillərdə təkərlər üçün ən azı 2 ədəd zəncir olmalıdır. 4 çarxlı avtomobillərdə isə 4 ədəd zəncirin saxlanılması məsləhət görülür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
190

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
316
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 12:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru