Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2013
09:20
629
Lənkəranda avtomobil yanacaqdoldurma məntəqəsinə girib, sürücü hadisə yerindən qaçıb

Lənkəran rayonu ərazisində yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 8-də saat 21.45 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Parakənd qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
 
Lənkəran rayon, Hirkan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Cabir Şahverən oğlu Rzayevin idarə etdiyi 90 RK 399 dövlət nömrə nişanlı, “Opel” markalı maşın idarəetməni itirərək, yoldan çıxıb və Astara rayonu Şiyəkəran kənd sakini, 1974-cü il təvəllüdlü, Şahmar Abbasəli oğlu Teymurova məxsus “Teymur Petrol” yanacaqdoldurma məntəqəsinə girib.
 
Nəticədə iki yanacaqdoldurma aparatını sıradan çıxaran avtomobil alışıb.
 
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.
 
Onların səyi nəticəsində yanğının qarısı alınıb, partlayışa imkan verilməyib.
 
Sürücü hadisə yerindən qaçıb.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1039

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
60

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
306

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
341
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 17:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru