Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2013
14:56
Nazirlik gediş haqqını artıran sürücüləri cəzalandırdı

Nəqliyyat Nazirliyi paytaxtda sərnişindaşımada xidmət göstərən avtobuslarda özbaşına qiymət artıran xətt sahiblərini cəzalandırıb. Nazirliyin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov Movqe.az-a açıqlamasında bildirib ki, nazirlik hələki qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib:

"Bizə özbaşına qiymət artımı ilə bağlı dünəndən siqnallar daxil olur. Artıq biz qiyməti özbaşına artıran xətt sahibləri barədə ölçü götürmüşük. 131 saylı xətdə özbaşına qiymət artımının qarşısı alınıb. Bu nəzarət tədbirləri davam etdirilir. Burdan bir daha elan edirəm ki, Tarif Şurası tərəfindən şəhərdaxili, şəhərətrafı və şəhərlərarası sərnişin daşımada gediş haqları artırılmayıb. Düzdür, sahibkarlar bizə benzinin son qiymət artımından sonra da gediş haqqlarının artırılması üçün Tarif Şurasına müraciət etmək üçün məktub göndəriblər. Amma bir daha qeyd edirəm ki, Nəqliyyat Nazirliyi bunun üçün Tarif Şurasına müraciət etməyib".

Qeyd edim ki, paytaxtda benzinin qiymətinin artması artıq bəzi xətlərdə özbaşına qiymət artımı ilə nəticələnib. Sərnişinlərin Movqe.az-a verdikləri xəbərə görə, Bakı-Sumqayıt xəti üzrə qeyri-qanuni sərnişindaşıyan avtobuslar gediş haqqını artıraraq 50 qəpik ediblər. Son qiymət artımı paytaxtda eləcə də rayonlarda da taksi xidmətində qiymət artımına səbəb olub. Artıq paytaxtdan şəhərlərarası taksi xidmətində də nəzərəçarpacaq qiymət artımı müşahidə olunur.

N. Həsənov isə Movqe.az-a açıqlamasında bildirdi ki, Bakı-Sumqayıt istiqamətində hətr hansı bir xətdə qiymət artımından söhbət gedə bilməz: "Qeyri-qanuni xətlərə gəlincə, biz nəinki onların qiymət artımı özlərinin fəaliyyətinin qarşısını almaq üçün tədbirlər görürük. Taksi xidməti isə özəl sektor olduğundan nazirlik onların qiymət siyasətinə müdaxilə edə bilmir. Amma bir daha qeyd edirəm ki, şəhərdaxili, şəhərətrafı və şəhərlərarası sərnişin daşımada gediş haqları artırılmayıb. Bunun üçün ola bilər ki, Nəqliyyat Nazirliyi xətt sahiblərinin istismar xərclərinin artmasını nəzərə alıb nə vaxtsa belə bir müraciət etsin. Amma bu gün nazirlikdən Tarif Şurasına belə bir müraciət olmayıb".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15102

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13752

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15145

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14764

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20125

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14644

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14762
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 21:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru