Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2013
14:52
622
Qarabağ bloku toplandı

ADP mətbuat xidmətindən FaktXəbər-ə verilən məlum ata görə, bu gün ADP Mərkəzi qərargahında Qarabağ blokunun  İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslerə dair müzakirələr aparılıb.

Blok iştirakçıları ilk növbədə Vilnus sammitinin yekunları ilə bağlı məsələyə münasibət bildirib və Avroatlantik məkana inteqrasiyanın əsas vəsiləsi olan “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində aktiv iştirakın ölkəmiz üçün əhəmiyyətini diqqətə çatdırıb. Vilnus sammitində viza rejiminin sadələşdirilməsi barədə razılaşmanın əldə edilməsini müsbət addım kimi dəyərləndirən blok iştirakçıları eyni zamanda ölkəmizin Avropa Birliyi ilə dərin və hərtərəfli əməkdaşlığın reallaşmasına xidmət edən assotiativ sazişə qoşulmamasından narahat olduğunu bildirib və hakmiyyəti bundan sonrakı mərhələdə Avropa Birliyinə gedən yolda qətiyyətli addımlar atmağa, “Şərq tərəfdaşlığı”nda əksini tapan layihələrə, həmçinin assotiativ üzvülüyə tezliklə qoşulmağa çağırıb.
Azərbaycanın gələcək demokratik perspektivinin yalnız Avropa Birliynə inteqrasiya edilməsində mümkün olacağına diqqət çəkən blok iştirakçıları bu birliyə qoşulmanı həm də imperiya iddialarından geri durmaq istəməyən və hər vasitə ilə ölkəmizi öz təsir dairəsində saxlamaq istəyən Rusiyanın aqressiyasından qurtarmaq acısından önəm daşıdığını qeyd edib və hakmiyyətin bu məsələdə xalqımızla həmrəylik etməsinin vacibliyini diqqətə çatdırıb.
Blok iştirakçıları Rusiyanın təkid və təhdidi ilə  Ukrayna Hakmiyyətinin “Şərq tərəfdaşlığı” assosiativ sazişinə imza atmaqdan imtina etmə səbəbi ilə bu ölkədə geniş vüsət alan etiraz aksiyalarını dəstəklədiyini bildirib və  güc strukturlarının dinc aksiya iştirakçılarına qarşı tətbiq etdiyi zorakılıqları qətiyyətlə pisləyib. Avropanın ayrılmaz tərkib hissəsi olan Ukraynanın Avropa Birliyinə inteqrasiya olunmasının MDB ölkəıləri, o cümlədən Azərbaycan üçün ciddi önəm daşımasını diqqətə çəkən blok iştirakçıları Azərbaycan ictimaiyyətini bu ölkədə yaşanan demokratik dəyişilmələrə dəstək olmağa, hakimiyyəti isə Avropa Birliyinə inteqrasiyadan daha çox  anti demokratik Rusiyaya meyillənən Yanikoviç hakimiyyətinə etiraz olaraq başlanan xalq hərəkatından nəticə çıxarmağa çağırıb.

Blok iştirakçıları ölkədə yanacağın qiymətinin kəskin şəkildə qaldırılması ilə bağlı məsələyə münasibət bildirib və xalqın ciddi etirazına səbəb olan bahalaşmanın hakmiyyət rəsmilərinin ölkədə iqtisadi inkaş haqqında verdiyi bəyanatların əksinə olaraq  qiymət artımının ölkədə yaşanan iqtisadi böhranla bağlı ölduğunu qeyd edib və Tarif Şurasının əksər əhalini iqtisadi üzüntülərə süürükləyən bu qərarını qətiyyətlə pisləyib.

İqtisadi proqnozlara əsaslanmayan, hakmiyyətin yanlış iqtisadi siyasətinin nəticəsi olaraq dövlət büdcəsində yaranan kəsirlərin xalqın ağır güzaranı hesabına doldurlmasınma xidmət edən  bu qərarın sonradan istehlak bazarında bütün sahələrdə kəskin bahalaşma yarada biləcəyini qeyd edən blok iştirakçıları eyni zamanda,  bazar iqtisadiyyatına keçidin əsas şərti olan kiçik və orta biznesə, aqrar sektora vuracağı ağır zərbəni diqqətə çəkib, korrupsiya və rüşvətxorluğa zəmin yaradan, iqtisadi inhisarçılığı daha da dərinləşdirəcək  bu addımın ölkəmiz üçün arzu olunmaz nəticələr verəcəyindən ölkə başçısını əhalinin sosial təminatı ilə bağlı üzərinə götürdüyü konstitusion vəzifələri yerinə yetirməyə, Tarif Şurasının antixalq mahiyyət daşıyan bu qərarını durdurmağa çağırıb.
Blok iştirakçıları V.Putinin Ermənistana səfəri zamanı Rusiyanın bundan sonra da Zaqafqaziyada daha da möhkəmlənməsi barədə səsləndirdiyi imperialist ambisiyalı bəyanatı kəskin şəkildə pisləyib və bu aqeessiv çağrışın onun Cənubi Qafqazı yenidən işğal və ilhaq etməsi cəhdi kimi dəyərləndirib.

Blok iştirakçıları Cənubi Qagqazın Rusiyanın cəngindən xilas olması, müstəqil, suveren siyasət yeridə bilməsi üçün regiona daxil olan hər üç respublikanın Rusiya təhdidlərinə qarşı yalnız birgə müqavimət göstərməyin və Avropa evinə vahid şəkildə inteqrasiya olunmanın vacibliyini diqqətə çəkib və hər üç ölkənin qeyri hökumət təşkilatlarının birgə əməkdaşlıq etməsi üçün Cənubi Qafqaz ölkələrinin  ictimai parlamentinin yradılması ideyası ilə çıxış edib. 

Məqalədə : Qarabağ bloku toplandı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
27

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
729

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
43

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
34

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
115

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1860
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 13:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru