Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2013
11:25
Millət vəkili: `Açığı, mən də qiymət artımnı bu səviyyədə gözləmirdim`
"Hökumət nümayəndələri qiymət artımının olmayacağını deyirdilər"

Azərbaycanda yanacağın bahalaşması ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin bahlaşmasına gətirib çıxaracaq.

Bunu SalamNews-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

O bildirib: "Mən 2014-cü ilin dövlət büdcənin müzakirəsi zamanı bu məsələ barədə danışmışdım. O, vaxt bu məsələdən nigaran idim və ciddi narahat doğururdu. Bu barədə hökumət nümayəndələrinə sual verdim və bizi arxayın etdilər ki, heç bir qiymət artımından söhbət gedə bilməz, belə problem yoxdur. Amma biz gələn ilin dövlət büdcəsin müzakirə edəndə və onun parametrlərinə baxanda hiss etdik ki, qiymət artımı gözləniləndir. İndi Azərbaycanda benzin və dizel yanacağının qiymətində təqribən 30 faizə yaxın bahalşma oldu. Bu da ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin bahlaşmasına gətirib çıxaracaq. Bu, çox ciddi artımdır. Milli Məclisdə bununla bağlı müəyyən müzakirələr aparılacaq.”

Onun sözlərinə görə, Azərbaycanda benzin və dizel yanacağının qiyməti infilyasiyanın artımına o qədər də təsir göstərməyəcək. Bununla belə, əsas qiymət artımı əhalinin sosial vəziyyətinə təsir edə bilər. Yüksək maaşı olmayan insanlar var. Onlar üçün ciddi çətinlik yaradacaq.

V.Əhmədov "qiymətin gözlənilmədən qaldırılması nə dərəcədə düzgündür" sualına belə cavab verib: "Bu məsələ yalnız Tarif Şurasından aslıdır. Komissiya bu məsələlərə baxır və qiymət artımına qərar verilir. Açığı, mən də qiymət artımnı bu səviyyədə gözləmirdim. Neft hasilatının aşağı düşməsi ilə əlaqədar dövlət büdcəsində müyyən gərginlik var. Amma ümumi baxımdan 2014-cü ilin dövlət büdcəsinin göstəricilərinə baxdıqda, qiymət artımı müəyyən qədər gözlənilən idi.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
250

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
197

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
278

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
292

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
252

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
533
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 04:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru