Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2013
11:39
1452
Hava balonundan Eyfelə, Kolizeyə, oradan da Qarabağa

Maddi gözdən fərqlənən ağıl, düşüncə gözümüz hər an müddət və məsafədən asılı olmayaraq tarixə nəzər salmaq, xəyalımız vasitəsilə bir neçə yüz il geri qayıdaraq, hadisələri təhlil etmək, özümüz, cəmiyyətimiz üçün faydalı nəticələr də əldə etməyimizə imkan verir. Tarixi hadisələrə səfər sanki insanı bir anlıq həmin cəmiyyətlərin dərdli, kədərli fərdi edir.

18-ci əsrin sonlarında insan əməyinin məhsulu olan hava bolunu vasitəsilə hündürlükdən baxmağı bacaran millətin bir sıra digər nümayəndələri təxminən 1 əsr sonra artıq Eyfel qülləsilə öz doğma diyarlarına rahat, sevinc, qürurla tamaşa edə bilirdilər. Qüllənin forması, Parisdə yerləşməsi hər il 6 milyon ağılı ilə digər canlılardan fərqlənən insanların doğma diyarlarından buralara qonaq gəlməsinə səbəb olur...

Bu arada həm də milyonlarla turisti özünə cəlb edən, uzun müddət qladiatorların, vəhşi heyvanların döyüş səhnələrinə ev sahibliyi etmiş dünyada ən böyük antik amfiteatr hesab olunan Kolizeyi xatırladım. Bir zamanlar insanlar burada sevinclə, maraqla kimin döyüşdə ölüb-qalacağını seyr edər, hətta bəzən praktiki iştirakçıların ölüm-dirimlərinə səbəb olardılar.
Bütün bu hadisələrdən əsrlər keçməsinə baxmayaraq, müasir, intellektual hesab edilən insan Kolizeyə bənzər məkanlarda hər il buğa döyüşlərini zövqlə seyr edir, antik insan kimi gülür, əl də çalır.

Eyfeldən Kolizeyi, dünyamızın hər döyüş səhnəsini görmək, mümkün olmasa da, ağıl, təfəkkürlə bunu dərk etmək mümkündür.

Fikrimcə ağılı zirvəyə aparacaq simvolik hündürlüyü xatırladan qülləyə ehtiyac var. Elə qüllə ki, ağıl onun vasitəsilə Qarabağı, Fələstini, dostunu, düşmənini, özünü sərrast, iti görə bilsin.

Ağa Mehdiyev

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
609

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1162
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru