Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2013
14:34
1759
Sürücülərin nəzərinə
Bakının bəzi küçələrində avtomobillərin hərəkəti bir həftə ərzində məhdudlaşdırılacaq

Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyinin keçirilməsi ilə əlaqədar avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov açıqlamasında bildirib ki, UNESCO-ya üzv olan 180 ölkədən olan nümayəndə heyətinin üzvləri artıq Bakıya gəlməyə başlayıb.

 Tədbirə gələn qonaqların yerləşdirilməsi və tədbirin təhlükəsizliyini təmin etmək məqsədi ilə dekabrın 1-dən 8-dək paytaxtın Səbail, Nəsimi, Yasamal və Nərimanov rayonlarının ərazilərində yerləşən hotellər istiqamətində, eləcə də Heydər Əliyev, Gülüstan Sarayları, İçərişəhər, İncəsənət və Xalça muzeyləri, Heydər Əliyev Mərkəzi və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Atəşgah məbədi” qoruğu istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq.

V. Əsədov bir həftə ərzində paytaxt sakinlərindən ictimai nəqliyyata üstünlük vermələrini tövsiyə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan əhalisinin gəlirləri artıb

20

Avqust
09:50
İQTİSADİYYAT
1850

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
349

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
703

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
314

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
1016

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
229
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 11:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru