Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2013
13:51
1005
Azad Qarabağ Uğrunda Alyans Gürcüstana gedir

Azad Qarabağ Uğrunda Alyansın nümayəndə heyəti “Qarabağ Təbliğat Turu” çərçivəsində Gürcüstana yola düşüb. Üç gün çəkəcək səfər zamanı müxtəlif səviyyələrdə görüşlərin, dəyirmi masaların, müzakirələrin keçirilməsi nəzərdə tutulur.

FaktXəbər-in məlumatına görə, səfərdə məqsəd yerli əhalinin Qarabağ həqiqətləri ilə bağlı məlumatlandırılması, Azərbaycanın haqq işinə ictimai dəstəyin gücləndirilməsi, qonşu ölkənin vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqələrin və əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Səfərin Tiflis, Marneul, Qardaban və digər əraziləri əhatə edəcək.

Nümayəndə heyətinə Alyansa üzv olan təşkilatların təmsilçiləri, o cümlədən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Milli Mədəniyyətin Təbliği  Birliyinin sədri Jalə Cəfərova, Mina Qurbanlarına Dəstək Birliyinin sədri Məmmədhədən Həsənov, “Borçalı” cəmiyyətinin təmsilçisi İsrafil Bayramov, QAT sədrinin müavini Sərvər Musa, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy və digərləri daxildir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
32

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
32

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
113

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1859
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru