Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2013
22:22
İlham Rəhimovun kitabının təqdimat mərasimi keçirildi

 Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun yeni çapdan çıxmış “Filosofiya prestupleniya i nakazaniya” (“Cinayət və cəzanın fəlsəfəsi”) adlı növbəti kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycanın millət vəkilləri, məşhur ziyalıları, elm xadimləri ilə yanaşı, bir sıra xarici ölkələrdən də tanınmış qonaqlar iştirak ediblər.

FaktXəbər-in məlumatına görə, təqdimat mərasimində BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov giriş nitqi söyləyib.

Sonra Rusiyadan gəlmiş qonaqlar, həmçinin Azərbaycanın tanınmış alimləri çıxış edərək kitabın hüquq aləmində yenilik olduğunu dilə gətiriblər.

Tədbirin sonunda professor İlham Rəhimov təşəkkür nitqi söyləyib, qonaqlara, dəyərli ziyalılara, BDU rəhbərliyinə minnətdarlıq edib.

Qeyd edək ki, “Cinayət və cəzanın fəlsəfəsi” kitabı rus dilində Sankt-Peterburq şəhərində, "R.Aslanov adına hüquq mətbəə evi”ndə işıq üzü görüb. Nəfis üslubda nəşr olunmuş kitabda cinayət hüququnun təməl problemlərindən bəhs olunur. Müəllif cinayətin mənbəyinə və səbəblərinə, eləcə də cəzanın məzmununa fəlsəfi mövqedən yanaşıb. Kitab hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, eləcə də cinayət hüququ sahəsində ixtisaslaşmış hüquq-mühafizə orqanları işçiləri, nəzəriyyəçilər üçün nəzərdə tutulub. Nəşrdən həmçinin, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizənin aparılmasına maraq göstərən geniş oxucu kütləsi də faydalana bilər. Kitabı daha sanballı edən və dəyərini artıran cəhətlərdən biri də müəllif tərəfindən müqəddəs kitabımız olan Qurani-Kərimdəki ayələrdən- ilahi kəlam və buyuruşlardan gen-bol və bacarıqla istifadə edilməsidir.

Kitaba Azərbaycan Elmlər Akademiyasının şöbə müdiri, Rusiya Federasiyası Administrativ Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Sakit Hüseynov, hüquq elmləri doktoru Fuad Cavadov və Rusiya Federasiyası Baş Prokurorluğu Akademiyasının Sankt-Peterburq Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri namizədi A.Salnikov rəy yazıblar.

Kitab yaxın günlərdə Azərbaycan dilində də oxuculara təqdim olunacaq.

Onu da qeyd edək ki, İ.Rəhimov keçmiş SSRİ-də cinayət hüququ üzrə doktorluq dissertasiyası müdafiə edən ən gənc hüquq elmləri doktoru, alimlik dərəcəsini alıb. O, cinayətkarlıqla mübarizədə cəzanın zəruriliyi və labüdlüyü ilə bağlı məsələlərə həsr olunmuş “Prestupnost i nakazaniya” (“Cinayətkarlıq və Cəza”) adlı kitabın, 100-ə yaxın elmi məqalənin, hüquq elminin müxtəlif sahələrinin, xüsusilə cinayət hüququnun, islah əmək hüququnun, qanunvericilik və məhkəmə fəaliyyətinin fundamental problemlərinə həsr edilmiş daha beş monoqrafiyanın müəllifidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
445

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
377

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 23:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru