Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2013
15:52
1380
Azərbaycanda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər

Azərbaycanda telefon satışı ilə məşğul olan mağazalarda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər. Hazırda uşaqlar telefonları vasitəsilə də internetə daxil ola bilirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə uşaqların telefonla təhlükəsiz internetdən istifadə etməsi üçün ölkəyə gətirilən mobil cihazlar qeydiyyatdan keçirilən zaman onlara xüsusi proqramların yazılmasını təklif edib.

Dövlət Komitəsi tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) təqdim edilmiş təklifdə qeyd edilib ki, ölkəyə gətirilən telefonlar qeydiyyatdan keçirilən zaman ona idxalçı şirkət tərəfindən uşaqlar üçün nəzərdə tutulmuş xüsusi proqramlar yazılsın. Bu halda artıq həmin telefonlar mağazalara paylandıqda onlarda xüsusi proqramlar olacaq. Uşağı üçün telefon almaq istəyən valideynlər də mağazalardan istifadəsi təhlükəsiz olan həmin telefonları ala bilərlər.

Komitə hesab edir ki, bu tədbir uşaqların telefonlarda internetdən təhlükəsiz istifadəsini təmin edəcək.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların internetdən təhlükəsiz istifadəsini təmin etmək üçün təkliflər hazırlayıb. Artıq həmin təkliflər RİTN-ə təqdim edilib./anspress

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
191

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
127

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
155

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
109
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 18:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru