Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2013
14:11
1092
`Qarabağ münaqişəsi qeyri-sabitlik mənbəyi, regional inkişafa maneədir`
İranda keçirilən İƏT Nazirlər Şurasının 21-ci iclasında çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov belə deyib

Nazir Elmar Məmmədyarovun İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 21-ci iclasında çıxış edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, nazir göstərilən yüksək qonaqpərvərliyə və iclasın yüksək səviyyədə təşkilinə görə İran İslam Respublikasının hökumətinə təşəkkürümü bildirib.

"Azərbaycan Respublikası hökuməti adından şuraya sədrlik etmək və təşkilatda sədrliyin davam etdirmək dərin məmnunluq və şərəf hissi doğurur".

O, qeyd edib ki, bu gün İƏT ölkələri dinamik iqtisadiyyata malik olaraq, biznes mühitinin yaxşılaşdırılması, rəqabət və innovasiyalar üçün açıqlığa səy göstərən ölkələr kimi tanınırlar.

"Ticarət və sərmayələr axınının, kommersiya əlaqələrinin və regionlararası nəqliyyat infrastrukturunun inkişafının artması ilə regional inteqrasiya səylərinin dərinləşməsinin müşahidə olunması bizdə məmnunluq doğurur. Bunlar ümidverici göstəricilərdir, amma biz bunları daha da inkişaf etdirməli və digər qarşılıqlı iqtisadi imkanları araşdırmalıyıq".

E.Məmmədyarov bu çərçivədə əsas diqqət ticarət və nəqliyyatın asanlaşdırılmasına, o cümlədən sərhəd keçid prosedurlarının sadələşdirilməsinə yönəldilməli olduğu qənaətində olduğunu qeyd edib.

"Regional infrastrukturun inkişafı əməkdaşlığa dair gündəliyimizin prioritet məqsədi olmalıdır. İƏT xüsusilə dəmir-yol xəttlərinin və onunla bağlı olan digər infrastrukturun modernləşdirilməsi, habelə ümumi dəmir-yol şəbəkəsinin yaradılması və onun Avropa və Yaxın şərq dəmir-yol şəbəkələri ilə əlaqələndirilməsini hədəf seçməlidir. Regional əhəmiyyət daşıyan və inşa olunan dəmir-yol xətlərinin, o cümlədən Qəzvin-Rəşt-Astara (İran) –Astara (Azərbaycan) dəmir-yolunun icrasının erkən tamamlanması region ölkələri üçün yeni cəlbedici tranzit imkanları yaradacaq.

Nazir bildirib ki, hər bir üzv dövlətin təhlükəsizliyi və sabitliyi ayrılmaz şəkildə digər üzv dövlətin təhlükəsizliyi ilə bağlı olduğu unudulmamalıdır. Həlli uzanmış münaqişələri tənzimləmədən və regionda təhlükəsizlik və sabitliyi təmin etmədən, İƏT hərtərəfli regional əməkdaşlıqdan tam şəkildə fayda götürə bilməyəcək.
"İƏT çərçivəsində Cənubi Qafqaz həlli uzanmış münaqişələrdən əziyyət çəkən digər bir regiondur. Ermənistan-Azərbaycan münaqişəsi hələ də əsas qeyri-sabitlik mənbəyi, regional inkişafa və tammiqyaslı regional əməkdaşlığa mane olaraq qalmaqdadır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının bərpa edilməsi ilə mən inanıram ki, regionda hər bir tərəf üçün qarşılıqlı uduşlu inkişaf şəraiti yarana bilər.

İƏT həyata keçirdiyi fəaliyyət sayəsində üzv dövlətlər və alt təsisatları kimi güclü və fəaliyyətdə olan təşkilatdır. Biz səylərimizi səfərbər edərək regional əməkdaşlığın təmin edilməsində və regionlarımızda öz mövqeyini gücləndirməkdə fərqli imkanlar yaradan İƏT-ə yardım etməliyik".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
611

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1163
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru