Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2013
09:53
757
Erik Rubin: `Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün real perspektiv var`

ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubinin Trend-ə müsahibəsində Qarabağ münaqişəsi ilə bağlı maraqlı fikirlər səsləndirib. FaktXəbər-in məlumatına görə, müxbirin "Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirmək üçün hansı səyləri göstərəcək" sualına Erik Rubin belə cavab verib: "ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının əsas prinsipləri, xüsusilə də təhdid və gücdən istifadə etməmə, dövlətlərin ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə hüququ əsasında sülh və danışıqlar yolu ilə həllinə sadiq qalır. Həmsədr Ceyms Uorliklə təmsil olunan ABŞ hesab edir ki, sülh üçün real perspektiv var. Vaşinqton bu ay Vyanadakı sammitlə bağlı tərəflərlə işləməyə ümid edir. Hər hansı davamlı həll bütün tərəflərdən kompromis tələb edir. Münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə çətin qərarlar qəbul etmək üçün həm Azərbaycanın, həm də Ermənistanın siyasi iradəsi lazımdır."

Məqalədə : Erik Rubin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
319

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru