Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2013
11:50
Qəbələ RLS-ə görə Rusiyanın Azərbaycana qarşı mövqeyi dəyişdimi?
Leyla Əliyeva: “Azərbaycan hər hansı kompensasiya getmədən Rusiyaya qarşı belə bir addım ata bilməzdi”

Rusiyanın Qəbələ radiolokasiya stansiyasını (RLS) Azərbaycana təhvil verməsi ilə bağlı bütün cari məsələlər praktiki olaraq həll edilib. Bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvada MDB dövlətlərinin Müdafiə Nazirləri Şurasının 65-ci iclası çərçivəsində rusiyalı həmkarı Sergey Şoyqu ilə keçirdiyi ikitərəfli görüşdə deyib. Lakin Azərbaycan tərəfi Qəbələ RLS-in bağlanmasına dair qərar verdiyi ərəfədə, əksər siyasi ekspertlər və politoloqlar Rusiyanın bunu əvəzsiz qoymayacağını söyləyirdilər. Artıq Qəbələ RLS-lə bağlı bütün məsələlər öz həllini tapıb və qarşı tərəfə tamamilə təhvil veriləcək. FaktXeber.com-un “Qəbələ RLS bağlandıqdan sonra, Rusiya bununla bağlı Azərbaycandan hər hansı əvəz çıxdımı”, - sualını cavablandıran politoloq Leyla Əliyeva bildirdi ki, Rusiya Qafqazın alternativ variant kimi Qərbə inteqrasiyasına qısqanclıqla yanaşır. Azərbaycanın isə balanslaşma siyasəti ilə Rusiyanın aqressiv siyasətinin qarşısını aldığını bildirən politoloq, “vaxtı ilə Qəbələ RLS bağlananda bildirmişdik ki, burada iki tərəf arasında hər hansı bir razılaşma mövcuddur. Azərbaycan heç bir kompensasiya getmədən Rusiyaya qarşı belə bir addım atmazdı. Ona görə də həmin dövrdə mən inanmırdım ki, Qəbələ RLS-in bağlanması Azərbaycan üçün hansısa bir nəticələrə gətirib çıxarsın” , - deyə qeyd etdi: 

“Əgər Azərbaycan sabah açıq-aşkar şəkildə desə ki, mən NATO-ya və ya Avro zonaya ciddi şəkildə üzv olacam, onda Rusiya hər hansı bir qəzəbli münasibət göstərə bilər. Gürcüstan Azərbaycanla müqayisədə daha zəif olmasına baxmayaraq, onlar Avropa və NATO birliyi istiqamətində daha müstəqil və ciddi addımlar ata bilirlər.” 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
372

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 16:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru