Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2013
11:05
1184
Əli Kərimli: `Qarabağ probleminin həlli imkanı yaranır`

AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində Qarabağ problemindən yazıb.

Partiya lideri qeyd edib ki, Qarabağ probleminin həlli üçün yeni imkanlar yaranır: “Yeni imkanları Ermənistanın səhvi yaradıb. Bu səhvdən dərhal istifadə etmək lazımdır. Moskvanın təzyiqi ilə Ermənistan, nəhayət, seçim etdi. Rusiyanın liderlik etdiyi Gömrük İttifaqına qoşulacağını bəyan etdi və ilk dəfə Qərbdən sərt reaksiya ilə üzləşdi. Avropa Birliyi açıq şəkildə bildirdi ki, Ermənistan Gömrük İttifaqına qoşulduğu üçün artıq assosiasiya sazişi imzalaya bilməz. Başqa sözlə, daha eyni vaxtda iki stulda oturmaq mümkün olmayacaq.

Bu günlərdə isə Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünə və BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinə növbəti dəfə öz dəstəyini ifadə etdi. Daha əvvəl NATO sammiti Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etmişdi. Günümüzün reallığı isə ondan ibarətdir ki, ərazi münaqişələrində (regional güclərin də marağı nəzərə alınmaqla) son sözü ABŞ və Avropa Birliyi deyir. Sübut üçün Kosovo və digər münaqişələrin taleyini yada salmaq kifayətdir.

Üstəlik, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatından da tam dəstəyi var. Beləliklə, Azərbaycan Avropa Birliyinə inteqrasiya xətti seçməklə, Rusiya və onun peykləri istisna olmaqla, öz ərazi bütövlüyünə bütün dünyanın dəstəyini təmin edə bilər. Bu isə Ermənistanın təcridinə və bir gün bu reallıqla barışmasına gətirib çıxarar.

Amma bütün bunların baş verməsi üçün Qarabağın taleyi gərək Azərbaycan hökuməti üçün də önəmli olsun. Avropaya inteqrasiya üçün Azərbaycandan çox şey tələb olunmur. Öz əhalisinə vətəndaş kimi yanaşıb, onların hüquq və azadlıqlarına, seçimlərinə hörmət qoymaq tələb olunur. İndi seçim İlham Əliyevindir. Saxta, boğazdan yuxarı vətənpərvərlik təbliğatı ilə daha heç kimin gözünə kül üfürə bilməz. Buyurub əməldə sübut etsin ki, onun üçün Qarabağın qaytarılması rəqiblərinə “müstəqil” divan tutmaq və hakimiyyətini daha bir müddət uzatmaq azadlığından daha önəmlidir. ATƏT və Avropa Birliyinin demokratikləşmə paketini qəbul etsin, Azərbaycanın Avropaya, Qarabağın da Azərbaycana yolu açılsın. Bunu etmirsə, Qarabağdan danışmasın, inanan olmayacaq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
506

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
90
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru