Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2013
10:28
Hərbi hissədə yoxlama keçirilib

Milli Preventiv Qrup (MPQ) intizam xarakterli hərbi hissəyə başçəkmə həyata keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Salyan rayonu ərazisində yerləşən, Müdafiə Nazirliyinin tabeliyində olan İntizam xarakterli hərbi hissəyə planlı uzunmüddətli başçəkmə həyata keçiriblər.

Başçəkmə zamanı məhkum hərbi qulluqçuların həbsdə saxlanılma rejimi, onların yaşayış şəraiti, asudə vaxtının təşkili, sağlamlıqlarının qorunması, qidalanma vəziyyəti və digər hallar əlaqəli şəkildə araşdırılıb.

Araşdırma zamanı məhkumlara münasibətin, saxlanma rejiminə uyğun məhkum yataqxanalarında təbii işıqlanmanın və təmizliyin normal olduğu, məhkumların istifadəsindəki çarpayı və yataq dəstlərinin, hamam və tualetin təmiz və səliqəli olmaqla məhkumların sayına uyğunluğu müəyyən edilib. Həmçinin məhkumların asudə vaxtlarını keçirmək üçün müvafiq şərait yaradılıb.

Başçəkmə zamanı rəftar və şəraitlə əlaqədar şikayət daxil olmayıb.

Ombudsman tərəfindən başçəkmənin nəticələri ilə bağlı müdafiə nazirinə məlumat verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
285

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
290

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
362

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
312

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
563

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
370

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
420
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 18:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru