Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2013
15:20
1203
Qarabağ bloku siyasi gündəmi dəyərləndirdi
"Qərbin vasitəçiliyi ilə keçirilən bu görüş buna qədərki görüşlər kimi sırf protokol xarakteri daşıyıb"

Bu gün ADP Mərkəzi Qərargahında Qarabağ Blokunun novbəti toplantısı keçirilib.Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə obyekti olub.

Blok üzvləri ilk növbədə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşünə münasibət bildirib. Qeyd olunub ki, Qərbin vasitəçiliyi ilə keçirilən bu görüş buna qədərki görüşlər kimi sırf protokol xarakteri daşıyıb və görüşün nəticələri Qarabağ probleminin həlli istiqamətindəki gözləntiləri doğrultmur. Bişkek protokolu imzalanana müddətdən 20 il keçməsinə baxmayaraq bu  və digər tərkibdə keçirilən görüşlər  heç bir fayda olmayıb, problemin həllində irəliləyiş baş verməyib. Blok iştirakçılaı belə hesab edir ki, Azərbaycan hakimiyyəti Qarabağ probleminin həllində daha aktiv mövqe tutmalı, istənilən danışıqların aparılmasında təşəbbüsü ələ almalı, konfliktin həlli istiqamətində ATƏT-in Miknsk qrupu həmsədrlərinin dönuq fəaliyyətindən fərqli olaraq yeni ideyalarla çıxış etməlidir.

Ermənistanın ağır şərtlər daxilində 5 rayonu azad etmək kimi arzuolunmaz tələblərinə qarşı  beynəlxalq ictimaiyyətə o fikir təlqin edilməlidir ki, işğal olunmuş ərazilər geri qaytarılmayınca Qarabağın status məsələsinə baxılması BMT-nin məlum qənamələri ilə ziddiyyət təşkil edir. Blok iştirakçıları qardaş Türkiyənin işğal olunmuş 5 rayonun azad edilməsi müqabilində Ermənistanla sərhədlərini açmaq barədə təşəbbüsü təqdir edib və bu şərtin Ermənistan tərəfindən başqa tələblər irəli sürülmədəm gerçəkləşməsini problemin həllində müsbət dəyərləndirib.

Blok üzvləri Rusiyanın Ermənistan və Belarus Respublikaları ilə birgə hava hücumundan müdafiə sistemi yaratmaq təşəbbüsündən ciddi narahat olduğunu bildirib və bu planın geçəkləşməsinin Qrabağ konfliktinin daha da dəırinləşməsinə, münaqişənin həllinin uzadılması və sərhədlərinin genişəlnməsinə, Ermənistanın işğalçılıq siyasətinin daha da artmasına səbəb olacağıni diqqətə çatdırıb və Azərbaycan hakimiyyətini bu məkrli planın qarşısın almaq üçün beynəlxalq səyləri artırmağa çağırıb.

Blok üzvləri son vaxtlar Rusiya və Ukraynaya mühacirət edən vətəndaşlarımıza qarşı dini, irqi, etnik ayrıseçkilik zəminində təzyiqlər göstərilməsini, onların qətlə yetirilməsini qətiyyətlə pisləyib və Azərbaycandan mühacirət etmənin əsas səbəbi kimi ölkəmizdə yeridilən səhv sosial-iqtisadi siyasətin və qeyri demokratik rejimin mövcud olması ilə bağlı olduğunu diqqətə çatdırıb. Xarici ölkələrə sığınan vətəndaşlarımıza qarşı edilən təzyiqlərin bir səbəbinin də Disporla iş üzrə dövlət komitəsinin yarıtmaz fəaliyyəti ilə bağlı olduğunu diqqətə çəkən toplantı iştirakçıları dövlət başçısını bu qurumun fəaliyyətinə yenidən baxmağa çağırıb.

Blok üzvləri 1991-ci il 20 noyabrda vertelyot qəzasında həlak olan dövlət ərkanının xatirəsini sükutla yad edib və bu günə qədər sirri açılmayan qəzanın arxasında xarici qüvvələrin durduğunu diqqətə çatdırıb və məhz bu hadisədən sonra Qarabağ münaqişəsinin milli çərçivədən kənara çıxmasını, münaqişənin eskalasiya olunmasını və konfliktin müddətinin daha da uzanmasını qeyd edib.

Blok üzvləri İranla Azərbaycan arasında sərhədlərin bağlanması və bu səbəbdən Naxçıvan Muxtar  Respublikasında yaşayan əhalinin ciddi problemlərlə üzləşməsi faktından narahat olduğunu bildirib və hər iki ölkənin milli maraqlarına cavab verməyən bu insidentin aradan qaldılıması üçün İran və Azərbaycan hakimiyyətini problemin aradan qaldırılması istiqamətində ciddi səylər göstərməyə, beynəlxalq hüququn qonşular arasında əməkdaşlıq və qarşılıqlı əlaqələr prinsipinə sadiq olmağa çağırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
137

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru