Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2013
15:10
Bütün hərbi hissələrdə şəhərlərarası taksofonlar quraşdırılacaq

Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İB-nə tapşırıq verib. Bununla əlaqədar olaraq tələbata uyğun telefon nömrələri ayrılacaq. Ayrılmış nömrələrin yalnız 123-124 (Tac kart) prefiksinə çıxışı təmin ediləcək. Hərbi hissələrdə mobil telefonların istifadəsi qadağan olunduğundan və əsgərlərin taksofon xidmətindən kütləvi istifadəsini nəzərə alaraq taksofonların texniki və estetik vəziyyətini daim nəzarətdə saxlamaqla yerlərdə əvvəlcədən ödəniş “Tac kart”ların satışı təmin olunacaq.

Eyni zamanda taksofonlarda istifadə qaydaları və yeni şəhərlərarası yığım kodları haqda məlumatlarla təmin ediləcək.

Xatırladaq ki “Tac kart” sistemi rabitə sahəsində debitor sisteminə alternativ yaradılan kreditor sistemidir.

Belə ki, abunəçi debitor sistemində apardığı beynəlxalq və şəhərlərarası danışıqların haqqını ona göstərilən xidmətdən sonra, “Tac kart” sistemində isə danışığı telefonun balansına pul vəsaiti qoymaqla həyata keçirir.

Abunəçilər “Tac kart” sisteminə qoşulmaq üçün əvvəlcə 2,4 və 10 manatlıq “Sim-Sim kart”a bənzər “Tac kart” əldə etməlidir. Bundan sonra o, mənzilindəki telefonundan əvvəlcə 124 nömrəsini yığmaqla balansını öyrənir və “Tac kart”ın üzərindəki pin kodu daxil etməklə balansına pul vəsaiti (kontur) yükləyir.

Bundan sonra abunəçi beynəlxalq və şəhərlərarası danışıq aparmaq üçün 123 kodunu yığaraq stansiyanın hazırlıq siqnalını alır və bundan sonra nömrəni yığır.

Qeyd edək ki, bundan əvvəl bir çox hərbi hissələrin yaxınlığında poçt şöbələri və ayrıca danışıq məntəqələri fəaliyyət göstərməklə xidmət təmin olunurdusa, yeniliyin tətbiqindən sonra bu işlər daha modern şəkildə qurulacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
145

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
131

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
415

Neft ucuzlaşıb

19

Aprel
09:42
İQTİSADİYYAT
275

İraqda hərbi baza raketlə vurulub

19

Aprel
09:30
DÜNYA
361

AMB-nin valyuta məzənnələri

19

Aprel
09:10
İQTİSADİYYAT
380
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2021 15:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru