Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2013
13:47
1656
Dağlıq Qarabağ münaqişəsi: `kimi və nəyi gözləyirik?” mövzusunda Dəyirmi Masa keçirilib
“Heç bir böyük dövlət Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını, haqq-ədalətin bərpa olunmasını istəmir”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə “Dağlıq Qarabağ münaqişəsi: kimi və nəyi gözləyirik?” mövzusunda Dəyirmi Masa keçirilib. FaktXeber.com-un verdiyi məlumata görə tədbirdə vətəndaş cəmiyyəti, siyasi xadimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. 

Dəyirmi Masa iştirakçıları birmənalı şəkildə vurğulayıblar ki, “Dağlıq Qarabağ münaqişəsi” deyilən erməni işğalının nəticələrinin aradan qaldırılmasının vaxtı çoxdan çatıb. Artıq nəyisə və kimisə gözləməyin heç bir mənası yoxdur. Yaxın vaxtlarda dünya düzəninin dəyişəcəyi, ədalətli münasibətlər sisteminin yaranacağı, beynəlxalq təşkilatlar tərəfindən obyektiv qərarların qəbul olunacağına və ya hər hansı böyük dövlətin insafa gəlib Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutacağına heç bir ümid yoxdur. Deməli, nəyinsə və kiminsə dəyişəcəyini gözləməyə dəyməz. Beynəlxalq vasitəçilərin, ilk növbədə Minsk qrupu həmsədrlərinin məqsədi status-kvonu saxlamaq, yəni Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında saxlanmasına nail olmaq, vaxtı mümkün qədər çox uzatmaqla Azərbaycan dövləti və cəmiyyətini təslimçi sülhə məcbur etməkdən ibarətdir. Bunun üçün yalançı danışıqlar prosesini davam etdirməklə, o cümlədən iki ölkə prezidentlərinin görüşlərini mütəmadi təşkil etməklə, həmçinin “xalq diplomatiyası” deyilən oyunbazlıqla, Azərbaycanda ələ aldıqları manqurtların vasitəsilə məqsədlərinə nail olmağa çalışırlar. Ortada bir aydın həqiqət var: heç bir beynəlxalq təşkilat, heç bir böyük dövlət Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını, haqq-ədalətin bərpa olunmasını istəmir. Nə qədər acı olsada bu həqiqəti qəbul etməli və ona uyğun hərəkət etməliyik. 

Azərbaycan bu acı reallığın içərisində özünün düzgün seçimini etməli, heç nəyi və heç kimi gözləmədən Dağlıq Qarabağın və ətrafındakı 7 rayonun işğaldan azad olunması üçün yalnız öz gücünə arxalanaraq təcili və əməli tədbirlər həyata keçirməlidir. Biz vətəndaşlıq borcumuzu yerinə yetirərək aşağıdakı addımları təklif edirik: 

1. Azərbaycan hakimiyyəti işğalçı Ermənistanla danışıqların davam etdirilməsi üçün şərt qoymalıdır. Bu şərt Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağ və digər ərazilərdən dərhal çıxarılmasından ibarət olmalıdır. Yalnız bundan sonra danışıqlar davam etdirilə bilər. Bu, Azərbaycanın gedə biləcəyi ən böyük güzəşt və münaqişənin sülh yolu ilə həllinin yeganə variantıdır. Düşmən tərəfin bu tələbi yerinə yetirməsi üçün vaxt qoyulmalı və həmin vaxt bitdikdən sonra hərbi əməliyyatlar başlamalıdır. 

2. Azərbaycanın torpaqları işğaldan azad etmək hərbi əməliyyatlara başlamaq üçün kifayət qədərdən də artıq əsası vardır. Torpaqlarımızın işğaldan azad olunması üçün hərbi yol ən səmərəli və real yoldur. Azərbaycan beynəlxalq birlik qarşısında öz borcunu artıqlaması ilə yerinə yetirib, ona görə də heç bir beynəlxalq təşkilatın Azərbaycanı qınamağa, hərbi əməliyyatlardan çəkindirməyə haqqı yoxdur. Azərbaycan hakimiyyəti artıq başqa yolunun qalmadığını başa düşməli və hərbi əməliyyatlara başlamalıdır. 

3. Azərbaycan hakimiyyəti artıq seçimini etməlidir: ya danışıqlarda sərt mövqe qoyaraq beynəlxalq təşkilatların işğalçı Ermənistanı yerində oturtmasına nail olmalı, ya hərbi əməliyyatlara başlamalıdır. Hakimiyyət bunlardan birini etməlidir, əks halda gücsüzlüyünü etiraf etməli və istefa verməlidir. Bu, bizim tərəfimizdən siyasi, müxalifət mövqeyi deyil, vətəndaş münasibətidir. Biz torpaqlarımızın işğaldan azadlığı yollarını axtarır və hesab edirik ki, torpaq, vətən, dövlət maraqları hər şeydən, o cümlədən istənilən vəzifədən, postdan, kreslodan üstün olmalıdır. 

4. Vətəndaş cəmiyyəti institutları, partiyalar, QHT-lər, ayrı-ayrı şəxslər ermənilərin onlardan öz məqsədləri üçün istifadə etmələrinə imkan verməməlidirlər. “Xalq diplomatiyası”, “dialoq”, “demokratiya” adları altında hər hansı oyuna gedən azərbaycanlı bilməlidir ki, erməni siyasətinə xidmət edir, özünü boş ibarələrlə aldatmasın və bu xəyanət yolundan geri çəkilsin. Ermənilərlə dialoqun, görüşlərin, müzakirələrin heç bir mənası yoxdur. Hər kəs əlinə düşən fürsətdən ermənilərin işğalçılığı, vəhşiliyi, yalançılığı, saxtakarlığının ifşası üçün istifadə etməlidir. Yalnız bu yolla torpaqlarımızın işğaldan azad olunması işinə xidmət etmək olar. 

5. Sabah ermənilərin törətdikləri ən ağır cinayətlərdən, terror aktlarından birinin – içərisində dövlət adamlarının, beynəlxalq vasitəçilərin, ictimaiyyət və mətbuat nümayəndələrinin olduğu vertalyotun erməni terrorçuları tərəfindən partladılmasının 22-ci ildönümüdür. Biz bu tarixin “Erməni terroru qurbanlarının anım günü” kimi qəbul olunması təklifi ilə hakimiyyətə bir neçə dəfə müraciət etmişik. Bu gün bir daha müraciət edir və həmin gün müxtəlif formalarda anma mərasimlərinin keçirilməsini təkilf edirik. 

6. Hər bir azərbaycanlı ölkə daxilində düşmənə qarşı nifrət və döyüş əhval-ruhiyyəsinin gücləndirilməsi, cəmiyyətin mübarizə və müharibəyə fiziki və mənəvi cəhətdən səfərbər olunması, ölkə xaricində Qarabağ həqiqətlərinin çatdrılması, rəsmi və qeyri-rəsmi səviyyələrdə haqq işimizə dəstəyin qazanılması üçün əlindən gələni etməlidir. Unutmamalıyıq ki, düşmən üzərində qələbə və torpaqlarımızın azadlığı hər birimizdən asılıdır! 

Ya Qarabağ, ya ölüm!”  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
120

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
253

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2344
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 08:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru