Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2013
09:40
Rusiya FHN: Kazanda təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur

İlkin məlumata görə, Kazanda təyyarə qəzası nəticəsində həlak olan sərinişinlər arasında Azərbaycan vətəndaşı olmayıb. Bu barədə Trend Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Həmçinin, ilkin məlumata əsasən, qəza nəticəsində ölənlər arasında Rusiya vətəndaşları ilə yanaşı, bir Böyük Britaniya vətəndaşı da var.

Qeyd edək ki, bu gün axşam saatlarında Tatarıstanın paytaxtı Kazanda yerli aviaşirkətə məxsus "Boeing 737-500" tipli təyyarə qəzaya uğrayıb, 50 nəfər ölüb. Ölən sərnişinlər arasında Tatarıstan Prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanovun da olduğu bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, təyyarə aerodromun uçuş meydanına enərkən yerə çırpılıb. Təyyarədə olan 6 ekipaj və 44 sərnişinin hamısı ölüb.

Təyyarənin 23 il istismarda olduğu məlum olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
458

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
325

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
445

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
457
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-04-2021 21:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru