Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Noyabr

2013
11:33
“İxtiraçı-mühəndisliyə ilk addım” adlı layihəyə start verildi

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi şəxs İsmayılova Raminə Bünyamin qızının “İxtiraçı-mühəndisliyə ilk addım” adlı layihəyə start verilib.

FaktXəbər-in məlumatına görə, ölkə iqtisadiyyatında ixtiraçı-mühəndis ixtisasının mühüm əhəmiyyət kəsb etməsi, həm neft, həm də qeyri-neft sektorunda yüksək ixtisaslı mühəndis kadrlarına ehtiyacın çoxluğu, lakin buna baxmayaraq hələ də gənc nəsildə mühəndis ixtisaslarına marağın aşağı səviyyədəolması layihə ideyasının yaranmasına gətirib çıxarıb.

Layihənin əsas məqsədi gənclərimizin qarşılarında duran başlıca vəzifələrdən biri  xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda cəbhələrdə göstərdikləri qəhrəmanlıqlar kimi elmdə, istehsalatda, təhsildə də fədakarlıq göstərmələri və yüksəkixtisaslı mütəxəssislər kimi yetişmələri üçün zəmin yaratmaqdır. Ölkəmizin 20%-nin işğal altında olması və bunun nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünün mövcudluğu acı bir faktdır. El-obalardan ayrı düşmüş və əksəriyyəti pis vəziyyətdə yaşayan ailələrin məktəbli övladlarını layihəyə cəlb etməklə, onların içərisində yaradıcı və istedadlı gənc və yeniyetmələri seçmək, yuxarı sinif şagirdləri arasından mühəndislik qabiliyyəti və istedadı olanları üzə çıxarmaq, onların gələcək peşə və ixtisas seçiminə düzgün istiqamət verməklə ixtiraçı-mühəndislik ixtisaslarına marağı yüksəltməkdir. Layihənin sonunda ilk mühəndis addımları atan iştirakçıların yeni ixtiralarının sərgisinin keçirilməsi nəzərdə tutulub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
445

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
372

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 22:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru