
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” şirkəti ilə şübhəli maliyyə əməliyyatlarında ittiham edilir; komitə sədri ilə Türkiyə şirkəti arasında vasitəçilikdə adı hallanan Kadastr Xidmətinin rəhbəri Ramiz Quliyev isə bunu “yalan və böhtan” adlandırır
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov karyerasını bitirə biləcək bir olayla üzləşib. Komitənin tenderini udan Türkiyənin “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” şirkətinin Türkiyədəki gizli ortaqları oyundan çıxarılıb. Tenderi “udmaq” üçün Kadastr Xidmətinin rəisi Ramiz Quliyevə rüşvət verən ortaqların oyundan çıxarılması qarşı tərəfi qəzəbləndirib, onlar bu məsələ və ümumiyyətlə şübhəli maliyyə əməliyyatları ilə bağlı dosyeni Azərbaycan hakimiyyətinə təqdim etməyə hazırlaşırlar. Bu barədə “Yeni Müsavat”a Türkiyədəki mənbələrdən məlumat daxil olub.
Mənbənin iddiasına görə, tenderdə iştirak edən şirkətlərin sənədlərini əldə etmək üçün Kadastr Xidmətinin rəhbərliyinə rüşvət verilib. Açıq tender elan edilsə də, iştirakçı şirkətlərin sənədləri Türkiyə şirkətinə ötürülüb. “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” şirkəti də xidmət tariflərini bu təkliflərə uyğun göstərib. Daha doğrusu, iştirakçı şirkətlərin təklif etdiyi qiymətlərdən nisbətən aşağı qiymətlər təklif edilib ki, Türkiyə şirkətinin “şəffaf tender” nəticəsində qalib gəlməsi şübhə yaratmasın".
Mənbənin sözlərinə görə, Kərəm Həsənovun adından danışıqları kadastr direktoru Ramiz Quliyev aparıb. Şirkətin sahibi Altan Çətinqayanı komitənin sədr və müavinləri ilə də o tanış edib. Eyni zamanda tenderdə iştirak edən şirkətlərin təkliflərini də A.Çətinqayaya da ötürüb. R.Quliyev ona deyib ki, şirkətin qiymətlərinin iştirakçı şirkətlərin təkliflərinə uyğun hazırlanmasını sədr tələb edir. İddialara görə, Türkiyə şirkəti qalib gəlmək üçün Əmlak Komitəsinin rəhbərliyinə külli miqdarda rüşvət verib (Rəqəmlər bizə bəllidir, ancaq hələlik açıqlamırıq).
Zəruri arayış: 2012-ci ildə ilk olaraq Sumqayıt şəhərinin daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi tərtib edilib. Ardınca isə Bakı şəhərinin Suraxanı və Sabunçu rayonlarında daşınmaz əmlakın kadastrı işləri yekunlaşıb. Hökumətin 2012-ci ildə qəbul etdiyi dövlət proqramına görə, 2015-ci ilin sonuna kimi ilk dəfə olaraq Bakının müasir tələblərə cavab verən, şəhər təsərrüfatının idarəçiliyinə tam yararlı, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək, ərazinin rəqəmsal kadastr xəritəsi yaradılacaq. Bu işlərlə paralel olaraq, 2014-cü ilin əvvəlinə respublikanın 53 rayon mərkəzinin, eyni zamanda onlara bitişik böyük qəsəbə və kəndlərin ərazisində (100 min hektar ərazi) sadə modelli elektron kadastr məlumat bazası yaradılacaq, bu ərazilərin rəqəmsal kadastr xəritələri tərtib ediləcək. Komitə tərəfindən aparılan kadastr işləri, eyni zamanda, ölkədə həyata keçirilən genişmiqyaslı layihələrə texniki dəstək xarakteri daşıyır. Kadastr məlumatların emalı və təhlili müasir informasiya texnologiyalarının və proqram təminatlarının texnologiyanın tətbiqi ilə aparılır. Məlumatların strukturu, informasiyanın dayanıqlığını, tamlığını, dəqiqliyini müəyyənləşdirən göstəricilər kadastr sahəsində böyük təcrübələri olan xarici mütəxəssislər tərəfindən bəyənilmişdir və işlərin keyfiyyətinə nəzarət Dünya Bankının xətti ilə Azərbaycanda həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi çərçivəsində aparılır. Azərbaycanda daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin yaradılmasına dair Texniki Tapşırığa əsasən, Sumqayıt şəhəri üzrə elektron kadastr məlumat bazasının yaradılması üçün açıq tender də elan edilib. Tenderin qalibi Türkiyənin “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” şirkəti olub.
Məsələ ilə bağlı kadastr xidmətinin rəhbəri Ramiz Quliyevin mövqeyini öyrəndik. R.Quliyev bu xəbərin böhtan olduğunu deyir: “Tamamilə qərəzli məlumatdır. Əgər xəbəri ötürən mənbə adını açıqlasa, biz onunla istənilən müzakirəyə, dəqiqləşdirmə aparmağa hazırıq. Ancaq bu, anonim mənbədir və bunu şərh etməyə ehtiyac da yoxdur. ”Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş" şirkəti dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq keçirilən şəffaf tenderi udub. Tenderdə Dövlət Satınalmaları Agentliyinin, Maliyyə Nazirliyinin, eləcə də Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər və heç bir qanun pozuntusu da olmayıb".
Məsələ ilə bağlı “Yeni Müsavat”a başqa məlumatlar da daxil olub və hazırda araşdırmalar aparılır. Məsələn, orada deyilir ki, Türkiyə şirkəti ilə Kərəm Həsənovu, onun layihədəki adamı Ramiz Quliyevi əlaqələndirən Vüqar Hacıyev adlı Bakı sakini olub. Redaksiya onun dəqiq kimliyini araşdıra bilməyib; lakin məlumatlarda o da vurğulanır ki, həmin şəxs qiyamçı polkovnik Surət Hüseynovun adamı olub və hazırda da onunla yaxındır. Hətta tamamilə mümkündür ki, S. Hüseynov bu layihədə Kərəm Həsənovla gizli ortaqdır.
Əlimizdə bu prosesin gizli ortağı dediyimiz Türkiyə vətəndaşı T.Ç.-nin təqdim etdiyi ciddi dosyelər var: Orada Ramiz Quliyevin öz ortaqları ilə elektron yazışmaları, həmin şəxslə telefon danışıqlarının çıxarışları var (telefon nömrəsinin son rəqəmləri ...0025) və birbaşa cinayət hesab olunan qanunsuz pay bölgüləri haqda dəqiq məlumatlar əks olunub. Bu məlumatlar prokurorluq orqanlarına və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim olunacaq. Hesab edirik ki, bu bilgilər Kərəm Həsənovun və onun ortaqlarının həbsi ilə nəticələnəcək gücdədir./Yeni Müsavat

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 09:50 Kərəm Həsənovun kadrları işdən çıxarıldı - SİYAHI
- 23-06-2020 17:45 "Düşmənə qarşı hamılıqla səfərbər olmalıyıq" - Hacı Mövsüm Səmədov
- 19-06-2020 13:42 Vəzifəli və hüquqi şəxslərlə bağlı yükək məbləğdə yeni cərimələr müəyyən edilir
- 19-06-2020 12:20 Samir Şərifov deputatı sərt tənqid etdi
- 19-06-2020 11:58 Dövlət büdcəsinin icrası son oxunuşda təsdiq edildi
- 19-06-2020 11:49 Millət vəkili 190 manatın iyun və iyul aylarında da verilməsini təklif edib
- 19-06-2020 09:32 Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək
- 17-06-2020 15:07 İranlı nazir Şahin Mustafayevə zəng edib
- 17-06-2020 13:21 İran Azərbaycana təşəkkür etdi
- 16-06-2020 16:45 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum oldu
- 16-06-2020 16:05 H.Hacıyev Dağıstanda azərbaycanlılarla bağlı baş vermiş hadisəni şərh edib
- 12-06-2020 13:26 Dövlət büdcəsinin icrası təsdiq edildi
- 12-06-2020 09:07 Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək
- 11-06-2020 08:52 Sabah Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək
- 10-06-2020 17:42 M. Elmar : Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir
- 10-06-2020 14:44 Azərbaycan XİN bəyanat yayıb
- 10-06-2020 13:50 Azərbaycanla Türkmənistan arasında ikitərəli sənədlər təsdiqlənib
- 10-06-2020 12:04 Azərbaycan Yəmən xalqına yardım edib
- 09-06-2020 12:05 Milli Məclis iki yeni qanun layihəsinin müzakirəsini təxirə saldı
- 08-06-2020 13:31 Azərbaycanda bir qəsəbəyə şəhər, iki kəndə isə qəsəbə statusu verilir
- 08-06-2020 10:10 Babək rayonunun ərazi bölgüsündə dəyişiklik müzakirə ediləcək
- 05-06-2020 10:40 Mətbuat Şurası jurnalistlərə müraciət edib
- 05-06-2020 09:52 Bu gün növbədənkənar iclasda 4 məsələ müzakirə ediləcək
- 04-06-2020 09:34 Bu gün keçirilən iclasda bir neçə qanun layihəsini müzakirə ediləcək
- 02-06-2020 12:43 Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası təyin edilib