Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2013
17:41
3229
Kərbəla hadisəsinə ictimai baxış
Ali təhsil ocaqlarının müəllimləri Aşura barədə nə düşünür?

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli: "Aşura gününün mahiyyəti bir çox müsəlmanlar arasında düzgün başa düşülmür. Əslində Aşura müsəlman dəyərlərinin məğlub olduğu gün deyil, səbr, təmkin, ideyalar, İslama bağlılığın və Allaha sığınmağın qalibiyyət günüdür. İmam Hüseyn başda olmaqla müsəlmanlar müqəddəs dinimizin içərisində yaradılmağa çalışılan zülmə, təfriqəyə tutarlı bir cavab verdilər və öz canlarını əsirgəmədilər. Bu günün çox böyük mənası var. Çünki haqsızlığa, zülmə qarşı mübarizə aparılmasının vacibliyini diqtə edir. Dağlıq Qarabağın azad edilməsi üçün biz Aşuranın dərslərini öyrənməliyik. Çünki həyatda elə dəyərlər var ki, onun üçün heç bir halda güzəştə getmək olmaz."

Filologiya elmləri doktoru Seyfəddin Rzasoy: "Kərbəla hadisəsi təkcə bir xalqa, yaxud bir dinə mənsub hadisə deyil , bütün dünya xalqlarına aid ümumbəşəri dəyərdir. İmam Hüseynin apardığı mübarizə zahirən dini mübarizə olsa da, əslində burada xeyirlə şər üz-üzə dayanmışdı. Həzrəti Məhəmməd Peyğəmbərin nəslindən olan İmam Hüseyn şəcərə etibarı ilə xeyir missiyasının daşıyıcısı idi. O heç vaxt məğlub ola bilməzdi, bu cəhətdən onun apardığı mübarizə, təkcə müsəlmanlara yox, bütün dünya xalqlarına məxsus ümumbəşəri dəyərdir."

Fəlsəfə doktoru Mail Yaqub: "Aşura bir "hadisə" deyil, mədəniyyətdir, ideologiyadır. Nədir bu? Haqsızlğa qarşı üsyan, ilahi-humanist dəyərlərin alçaldılmasına susmamaq, insanlara mərhəmət, sədaqət, ilahi eşq. Bütün bu dəyərlər ümümbəşəridir, təkcə bir dinə, bir təriqətə xas deyil. Əslində Aşura özünün aşıladığı dəyərlərə görə yaşayır."

Filologiya elmlər namizədi Yegane Hacıyeva: "Əsrlərdir ki, Aşura hadisəsini müsəlmanlar ürək yanğısı, dərin hüzn, həm də qürur hissi ilə yad edirlər. İmam Hüseynin hərəkatı hər birimiz üçün örnəkdir. Bütün Şəhidlərə Allahın salamı olsun."

Sosioloq  Cavid İmamoğlu: "Bir müəllim olaraq mən Aşuranı əhatəli dərs kimi qiymətləndirirəm. Nə üçün əhatəli dərs, çünki burada həm insanlığın şüarları, həm də insanlığın nümunəsi var. Burada həm mərdlik, şüacaət, cəfakeşlik, vəfadarlıq kimi şüarlar, həm də mərd və qorxmaz fərdlər var. İmam Hüseyn Aşura günü insanlıq tarixinə həkk olunacaq bir təlim keçdi. Hər zaman biz bu mövzulara cəmiyyətdə toxunmaq istəsək, gərək Aşura təliminə baxaq. Azərbaycan insanının torpaqları işğal edilib. Biz faktiki olaraq məğlub durumdayıq. Demək ki, qalibiyyət üçün biz bu məktəbə, bu dərslərə müraciət etməliyik. Kərbəla bir kitabdır ki, açıb vərəqləməkdən çəkinmək olmaz. Kərbəla kitabının 1400 vərəqdən ibarət olan səhifələrində “mərdlik, vəfa, sədaqət, məhəbbət, əməkdaşlıq, insanlıq, eşq və s” mövzulara çox incə və praktik toxunulub. Kərbəla hadisəsində öyrənəcək çox mətləb var."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
263

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
352

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
236

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
266

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
217

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
245

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
255

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
543
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 21:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru