Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2013
14:49
1130
Qarabağ münaqişəsinin Türkiyənin danışıqlar masasında olmasını ehtimal etmək belə doğru deyil

Azər Rəşidoğlu: “Hazırkı durumda nə hərb, nə sülh, nə də ki, danışıqlar yolu ilə münaqişəni həll etmək mümkündür”

Bu günlərdə Türkiyənin nüfuzlu “Todays Zaman” qəzetində rəsmi İrəvanın Dağlıq Qarabağ ətrafındakı beş rayonun azad edilməsinə razılıq verməsinə dair məlumat yayılıb. Qəzetin məlumatına görə, oktyabrın ortalarında İsveçrəyə rəsmi səfər edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu İsveç rəsmi dairələri ilə görüşdə ölkəsinin Ermənistanla əlaqələrin qurulmasına hazır olduğunu deyib. XİN rəhbəri Ermənistanın əvvəlcə işğal etdiyi Azərbaycan torpaqlarının azad etməsi məsələsini də xatırladıb. Artıq bununla bağlı işğalçı Ermənistanın da razılıq verdiyi bildirilir.  

Sözügedən iddianın nə dərəcədə real olması ilə bağlı FaktXeber.com-a açıqlama verən siyasi təhlilçi Azər Rəşidoğlu maraqlı fikirlər səsləndirdi. Ekspert bildirdi ki, deyilənlər real deyil və zaman-zaman bu cür informasiyalar çox yayılıb. Lakin son anda deyilənlər öz təsdiqini tapmadığını söyləyən Azər bəy, “ düşünürəm ki, bu cür informasiyalar ictimai fikrin yayındırılmasına yönəlib. Hətta danışıqlar masasında belə bir məsələnin olmasına ehtimal etmək istəməzdim. Digər tərəfdən Türkiyə-Ermənistan sərhədlərinin açılması sözügedən ölkələrin iradəsindən kənar bir məsələdir”, - deyə qeyd etdi: 

“Amerika və Rusiyanın iradəsi olmadan sərhəd probleminin çözülməsi mümkün deyil. Eyni halda sərhədlərin açılmasını neqativ bir fonda görməkdə düzgün olmazdı. Çünki Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün sərhədlərin açılması zəruridir. Nəticədə isə regiondakı qüvvələrin nisbəti Rusiyanın əleyhinə dəyişəcək. Rayonların səsləndirilməsi əslində real səslənmir və inanmıram ki, yaxın zamanlara Qarabağ münaqişəsi ilə bağlı hansısa real addımlar atılsın. Təəssüflər olsun ki, hazırkı durumda nə hərb, nə sülh, nə də ki, danışıqlar yolu ilə münaqişəni həll etmək mümkün deyil.” 

Azər bəy sonda bildirdi ki, qondarma erməni soyqırımının 100 illiyinə qədər yəni, 2015-ci ilə qədər Qarabağ münaqişəsi ilə bağlı hər hansı müsbət irəliləyişlər ola bilər: “Lakin sərhədlərin açılması 2015-ci ilə qədər mümkün olmayacaq. Ona görə ki, Rusiya sərhədlərin açılmasının əleyhinədir. Rusiya bir sözlə bu ssenarinin reallaşmasına imkan verməyəcək. Əslində burada Türkiyə və Ermənistanın iradəsindən çox az şey asılıdır.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
85

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
34

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
33

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
115

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1860
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru