Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2013
14:13
`Chrome 32` brauzerinin beta-versiyası təqdim edilib

“Google” şirkəti brauzerin əlavələr ilə işini təmin edən interfeys yeniliklərini əks edən “Chrome 32” brauzerinin beta-versiyasını təqdim edib.

“Chrome 32” artıq istifadəçilərə bu və ya digər əlavə hansı tip kontent daşıyıcısı olduğunu müəyyən etməyə imkan verəcək. Misal üçün, bir əlavədə istifadəçi audioya qulaq asdığı zaman kursoru bu əlavəyə yaxınlaşdırdıqda dinamik işarəsi görünə bilər, digər əlavədə kursor yaxınlaşdırıldıqda videoyazı işarəsi görünə bilər.

“Chrome 32” “Windows 8.1”-də metro-interfeysin daha yaxşı dəstəklənməsini və  eyni zamanda müxtəlif əlavələrdə müxtəlif proqramların buraxılmasını dəstəkləyən veb-əlavələrin yenilənmiş sistemini əldə edir.

Beta-versiyanın təsvirində bildirilib ki, “Chrome 32”-də tərtibatçılar “Chrome” əlavələrinin  yaradıcıları üçün “Chromebook”da “Windows 8”-də olduğu kimi eyni cür işləyən vahid interfeysin yaradılması istiqamətində hərəkət etməkdə davam ediblər.
“Chrome 32” versiyasında eyni zamanda ziyanverici kontentin bağlanması mexanizmi yaxşılaşdırılıb. Hazırda hələ məlum deyil “Chrome”da ziyanvericilərə qarşı skaner əlavə edilib, yoxsa brauzer statistik məlumatlar əsasında işləyir.

Yeni beta-versiya API-funksiyaları dəstəkləyir, lakin texniki sənədlərdə onlar haqda heç bir məlumat yoxdur./ictnews

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
223

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
316

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 08:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru