Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2013
11:39
1250
Soyuq hisə verilmiş balıqlarının istehsalı və satışı qadağan edildi

Balıq emalı ilə məşğul olan müəssə cəzalandırılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Karona LTD” MMC-də soyuq hisə verilmiş siyənək və farel balıqlarının istehsalı və satışı qadağan edilib.

Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan araşdırma zamanı müəyyən olunub ki, soyuq hisə verilmiş “Seven fish” nişanlı balıq məmulatları ГОСТ 11482-96 standartının tələblərinə zidd olaraq texnoloji təlimat olmadan emal olunur. Soyuq hisə verilmiş siyənək və farel balıqlarının gigiyenik və uyğunluq sertifikatları yoxdur. Həmçinin istehsalda istifadə olunan duzun saxlanma şəraitinə riayət olunmur və müəssisədə sanitariya normaları pozulur.

Bundan başqa istismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçirilməmiş istifadə olunur. Həmçinin emal olunan məhsulların etiketdə saxlanma müddəti normativ sənədə uyğun göstərilməyib. Belə ki, məhsulun yararlılıq müddəti normativ sənəd üzrə maksimum 2 ay olduğu halda bütün məhsulların üzərində 3 ay qeyd olunur.

Aşkar olunmuş nöqsanlarla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati protokol tərtib edilib. “Karona LTD” MMC-də soyuq hisə verilmiş siyənək və farel balıqlarının istehsalı və satışı qadağan edilib.

http://i069.radikal.ru/1311/16/32d523617e13.jpg

http://s019.radikal.ru/i643/1311/ea/963d27aaee59.jpg

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
223

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1840

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
376

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1304

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
443
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 03:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru