Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2013
10:37
1850
Daxili İşlər Nazirliyi 100 nəfər axtarır

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi respublikanın şəhər və rayon polis orqanlarında 100 vakant yerə - əməliyyat müvəkkili, təhqiqatçı, polis sahə inspektoru və yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Bu barədə FaktXəbər-ə DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib. Onun sözlərinə görə müsabiqədə dövlət təhsil müəssisələrində ali hüquqşünas və pedaqoq ixtisası üzrə ali təhsil almış, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.     

Müsabiqədə iştirak üçün vətəndaşlar 2013-cü ilin noyabr ayının 4-dən dekabr ayının 4-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 17-dək qeydiyyat yeri üzrə ərazi polis idarə və şöbələrinə müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomun əslini, hərbi bileti (kişilər üçün) şəxsən təqdim etməlidirlər.

Müsabiqənin şərtləri barədə əlavə məlumat almaq istəyənlər (012) 590-92-21, 590-91-47, 590-92-54 nömrəli telefonlar vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə müraciət edə bilərlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
42

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
36

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
197

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
86

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
167

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
113
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 11:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru