Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2013
15:53
İran səfiri Azərbaycanın Dövlət Gömrük Komitəsinə cavab verdi

FaktXəbər-in "İrib"ə istinadən verdiyi məlumata görə, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ölkəmizdə narkotiklərlə mübarizə sahəsində məmurların iranlı həmkarları ilə əməkdaşlıq etmədiklərindən gileylənib. İranlı səfir əlavə edib ki, əgər əməkdaşlıq baş tutarsa, narkotik qaçaqmalçıları ciddi problemlə qarşılaşacaqlar.

Qeyd edək ki, Möhsün Pakayin Azərbaycanın Dövlət Gömrük Komitəsinin ölkəyə gətirilən narkotiklərin 95 faizinin İrandan idxal olunduğuna dair bəyanatına cavab olaraq bunları deyib: "İran narkotik maddələrin Qafqaza, xüsusi ilə də Azərbaycan respublikasına daşınması qarşısında ciddi maneədir. İki ölkə arasında narkotiklərlə mübarizə sahəsində razılaşma olsa da, rəsmi Bakı bu razılaşmanın icrasına meyl göstərmir və yalnız media da mənfi atmosfer yaratmaqla ölkəyə narkotiklərin daxil olmasında İranı səbəbkar göstərmək istəyir. Bu gün Qafqaza narkotik maddələrin yönəldilməsində əsas rolu Azərbaycandakı mütəşəkkil dəstələr oynayır, onlar İran vətəndaşlarından da su-istifadə edirlər."

Məlumat üçün bildirək ki, Dövlət Gömrük Komitəsinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlı MDB ölkələrinin gömrüklərinin 10-cu iclasında demişdi ki, Azərbaycan respublikasına idxal olunan narkotik maddələrin 95 faizi İrandan daxil olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7065

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5934

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7443

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7422

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10517

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7147
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 06:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru