Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2013
14:52
1135
Qarabağ döyüşçüsünün Bakı bulvarında ürək parçalayan hekayəti

Özünü dənizə atan orta yaşlı kişinin xilas ediləndən sonra dedikləri çox ağrılı idi

Qarabağ müharibəsində döyüşdü, erməni işğalçılarına sinə gəldi, amma üzləşdiyi problemlə bacarmadı. Dənizkənarı Milli Parkda özünü dənizə atan orta yaşlı kişinin xilas ediləndən sonra dedikləri çox ağrılı idi.

Belə ki, dünən gecə saatlarından bulvar ərazisində özünü öldürmək məqsədilə dənizə atan Yardımlı rayon sakini Namiq Tərlanov sudan çıxarılaraq polisə gətirilib.

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsində ifadə verən N.Tərlanov deyib ki, Qarabağ müharibəsində erməniyə qarşı döyüşüb, ağır yaralanıb. Hazırda 6-7 qabırğası yoxdur.

Bölmədən milli.az-a bildirilib ki, N.Tərlanov xəstə olmasına, kəskin ağrılarına baxmayaraq, dövlətin köməklik etməməsindən şikayətlənib. həyatdan bezərək özünü öldürmək istəyib. İfadəsi alınandan sonra N.Tərlanov sərbəst buraxılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Monitorinq olacaq

22

May
11:11
HƏRB
33

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
79
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 11:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru