Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2013
16:44
Nazim Məmmədov: `Ölkədə həm qazın, həm elektrik enerjisinin, həm də ki, suyun maya dəyəri kifayət qədər yüksəkdir. Bunun səbəbi isə idarəetmənin yüksək təşkil olunmaması və rəhbər şəxslərin müxtəlif mexanizmlərdən istifadə edərək maya dəyərini şişir

Nazim Məmmədov: “2010-cu ildə prezident İlham Əliyev tərəfindən kommunal xidmətlərin maya dəyərini dəqiqləşdirmək üçün Nazirlər Kabinetinə 3 aylıq vaxt verilmişdi”

“Güman etmirəm ki, son günlərin ən əsas müzakirə mövzusu olan qiymət artımı real olaraq baş tutsun. Sözügedən məsələ müzakirə edilən zaman hökumət yadından çıxarmamalıdır ki, ölkədə orta aylıq əmək haqqı 440 manatdır və 4 nəfərdən ibarət orta statistik Azərbaycan ailəsi aylıq gəlirinin 30%-ni, təxminən 100-120 manatını kommunal xərclərə sərf edir.”  

Bu sözləri FaktXeber.com-a keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədov kommunal xərclərin artırılmasına dair hökumət nümayəndələri tərəfindən səsləndirilən fikirlərə münasibət bildirərkən qeyd edib. Müsahib bildirdi ki, BMT-nin ərzaqla bağlı son araşdırmalarına görə orta statistik Azərbaycan ailəsi aylıq gəlirlərinin 68%-i ərzaq mallarına xərcləyir : “68%-in üzərində 30%-lıq kommunal xərcləri də gəlsək, bu ümumilikdə 98% edir. Bu isə aylıq gəlirin hamısının kommunal və ərzaq xərclərinə sərf olunması deməkdir. Belə bir halda gündəlik digər xərclər üçün vəsaitlərin toplanması mümkün olmur. Prosesə bu nöqteyi-nəzərdən baxmaq lazımdır.” 

Ekspert onu da qeyd etdi ki, 2010-cu ildə prezident İlham Əliyev tərəfindən kommunal xidmətlərin maya dəyərini dəqiqləşdirmək üçün Nazirlər Kabinetinə 3 aylıq vaxt verilmişdi: “Orada söhbət maya dəyərinin aşağı salınmasından gedirdi. Ölkədə həm qazın, həm elektrik enerjisinin, həm də ki, suyun maya dəyəri kifayət qədər yüksəkdir. Bunun səbəbi isə idarəetmənin yüksək təşkil olunmaması və rəhbər şəxslərin müxtəlif mexanizmlərdən istifadə edərək maya dəyərini şişirtməsidir. Ona görə də ölkədə nə qədər ki, bu sahələrin və xidmətlərin maya dəyəri dəqiq müəyyən olunmayıb, belə bir vəziyyətdə qiymət artımının gündəmə gətirilməsi əxlaqdan kənardır.” 

Qonşu Rusiyada qaz istehsalının 30-40 dollar olduğunu bildirən Nazim bəy, “bizdə isə rəsmilər qiymətin 70 manat dəyərində olduğunu söyləyirlər. Halbuki bu göstəricinin 15-20 dollar olduğu vurğulanır“, - deyə qeyd etdi: 

“Əgər bir neçə fərqli ekspert qiymətləndirmələri vardırsa, deməli müstəqil araşdırma aparmağa ehtiyac var. O da qeyd olunmalıdır ki, bölgədə və qonşu ölkələr arasında elektrik enerjisi üzrə ən yüksək qiymət məhz Azərbaycandadır. ”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43749

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42050

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43672

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43138

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48668

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43120

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43526
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 06:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru