Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2013
15:53
Ünvanlı sosial yardım verən idarənin inanmadığı gülünc fakt
“Ola bilməz ki, siz aylıq cəmi 125 manatla dolanasınız. Hazırda 125 manat maaşla dolanmaq olar? Sizə nə düşüb ki, hər gün 125 manata görə işə gedib gəlirsiniz?“

Bu günlərdə ünvanlı sosial yardım almaq istəyən vətəndaşlardan biri saytımıza maraqlı məlumat verib. Həyat yoldaşını ünvanlı sosial yardım almaq üçün quruma getdiyini bildirən oxucu, “həyat yoldaşımdan ailəmizin durumu ilə bağlı müəyyən məlumatlar soruşublar. Onu deyim ki, hazırkı maddi və ailə durumumuz ünvanlı sosial yardımın verilməsinə tamamilə uyğundur. İdarə rəsmisinin “həyat yoldaşınızın aylıq əmək haqqı nə qədərdir”, - sualına 125 manatdır deyə cavab veriləndə qarşı tərəf buna inanmayıb”, - deyə qeyd etdi: “Sonra idarədən mənə zəng edib aylıq nə qədər maaş almağımla bağlı maraqlandılar. 125 manat dedikdə “ola bilməz ki, siz aylıq cəmi 125 manatla dolanasınız. Hazırda 125 manat maaşla dolanmaq olar? Sizə nə düşüb ki, hər gün 125 manata görə işə gedib gəlirsiniz?“, - deyə cavab verdi. Mən isə bunun müqabilində düz deyirsiniz hörmətli müfəttiş. 125 manat bir ailənin nəyinə çatar ki? Amma nə edim ki, “hörmətli” hökumətimizin gəldiyi qənaət budur. Ona görə də məcburam ki, iş olmayan günlər də gedib fəhləlik edim. Yoldaşım da özü üçün kiçik biznes quraraq uşağın pampers pulunu qarşılamağa çalışır.”      

Lakin maraqlı olan budur ki, hökumətin ən sıravi işçisi belə hökumətin təyin etdiyi orta aylıq əmək haqqının, kifayət etmədiyi qənaətindədir. Buna baxmayaraq imkansız və maddi durumu aşağı olan ailələrə ünvan sosial yardımın verilməməsi üçün min cür bəhanə və əsas gətirirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
281

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
220

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
239

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
258

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
453

Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub

03

İyun
10:00
HÜQUQ,HADİSƏ
295
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 17:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru