Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2013
22:33
2231
Polisə etirazın forması kəskinləşir:sürücü özünü doğradı

Bakıda yol polisinin cərimə yazdığı sürücü özünü doğrayıb. Hadisə bu gün 28 may küçəsində baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu gün paytaxtda reyd keçirərək qadağan olunmuş yerlərdə avtomobil saxlayan sürücüləri cərimələyiblər. Bu zaman 28 may küçəsində dayanma-durmanı qadağan edən nişanın altında dayanmış «Meredes» markalı minik avtomobilinə də yol polisləri tərəfindən bort-komputer vasitəsilə cərimə yazılıb və avtomaşının şüşəsiləninin altına qoyulub. Bunu görən sürücü avtomobilə yaxınlaşıb və yol polisləri ilə mübahisə edib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun ucnoqta.az saytına verdiyi məlumata görə, həmin vaxt avtomobilin qapısı açıq imiş. Sürücü isə yol polislərindən xəlbət maşina yaxınlaşıb minib qaçmağa cəhd edib: «Mən onun maşınının qarşısına keçib dedim ki, cərimə protkolunu götürsün. Sürücü maşina oturub lezva götürdü və yerə düşüb özünə xəsarət yetirməyə başladı. Qarnını açıb kəsməyə başladı. Bizim əməkdaşlar ona mane olub lezvanı əlindən almağa çalışdıqda həmin şəxs səs-küy salmağa başladı. Sonra anasını çağırdı, qadın da gəlib bizi təhqir etdi». Hadisə yerinə gələn digər polis əməkdaşları yaralını xəstəxanaya, oradan isə polis bölməsinə aparıblar. Hazırda araşdırma aparılır. Vaqif Əsədov onu da bildirdi ki, bu gün ərzində keçirilən reyd zamanı qadağan olunmuş yerlərdə avtomobil saxlayan 72 sürücüyə inzibati protokol tərtib olunub, 9 avtomaşın isə evakuasiya edilib. Ən acınacaqlı vəziyyət MSK-nın keçmiş binasının və Fransa səfirliyinin ətrafında müşahidə olunub. Burada yolu tamam bağlayan, avtomobili necə gəldi park edən sürücülərlə bağlı tədbir görüldüyünü deyən Vaqif Əsədov bildirib ki, bu cür tədbirlər mütəmadi keçiriləcək: «Reyd Rəşid Behbudov, Rəsul Rza küçələrində, Azıdlıq və Neftçilər prospektlərində də keçirildi. Təəssüflər olsun ki, sürücülər dayanma-durmanı qadağan edən nişanlara əhəmiyyət vermədən avtomobili park edib, hətta səkilərdə piyadaların hərəkətinə belə əngəl yaradırlar. Hətta, Rəsul Rza küçəsində avtomobil dayanacağı olduğu halda, bəzi sürücülər dayanacaqda yox, yolun hərəkət hissəsində maşın saxlayırlar. Bəzən sürücülər iddia edir ki, maşın saxlamağa yer yoxdu. Amma biz bir daha şahidi olduq ki, dayanacaq olsa belə, yenə də ora getmirlər. Onların bu qanunsuz əməlləri isə digər hərəkət iştirakçılarına problem yaradır»./Qaynar.info

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

26

Avqust
09:52
İQTİSADİYYAT
27

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
75

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
610

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
441

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
459

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
505

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
531

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
508

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1107
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 10:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru