Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2013
16:47
1590
Azərbaycanda alimlərə qızıl medallar hansı formada veriləcək?

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlərə qızıl medalların hansı formada veriləcəyini açıqlayıb. Trend-in məlumatına görə, AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında qurumun akademik katibi Rasim Əliquliyev bildirib ki, "Nizami Gəncəvi adına Qızıl medal" AMEA-nın ən yüksək ali mükafatıdır.

Bu mükafatın hər il bir Azərbaycan aliminə və bir əcnəbi tədqiqatçıya mühüm əhəmiyyətli elmi nəticələrə, kəşf və ixtiralarına görə verilməsi nəzərdə tutulur. Alimlərin medala namizədliyini AMEA Rəyasət Heyəti və elmi bölmələri irəli sürə bilər.

Namizəd barədə təkliflər Rəyasət Heyətinin qərarı ilə yaradılacaq Ekspert Komissiyasına ünvanlanmalıdır. Sonra isə komissiya gizli səsvermə yolu ilə mükafata namizədi seçməli, onun təltif olunması barədə qərar isə Rəyasət Heyəti tərəfindən qəbul edilməlidir.

R.Əliquliyev deyib ki, artıq medalın təsviri layihəsi bəyənilib. Təsvir layihəsinin razılaşdırılması üçün İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət olunacaq. Sonda medalın təsis edilməsi və əsasnamənin təsdiq olunması üçün ölkə Prezidentinə müraciət olunacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
144

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
286

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
249

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
77

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
47

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
81

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
55
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 00:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru