Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2013
16:46
`Xəzərdə nərə balıqlarının nəsli kəsilmək üzrədir`

İnstitut direktoru: “Xəzəryanı dövlətlər tərəfindən intensiv ovlanma nərəkimilərin ciddi surətdə azalmasına səbəb olur”

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. O, gündəlikdə ilk təqdim olunan “Azərbaycanda nərə balıqlarının akvakultura şəraitində yetişdirilməsinin elmi problemləri və perspektivləri” adlı məruzənin dinlənilməsini təklif edib: “Alimlərin tədqiqatlarının nəticələrinə əsasən antropogen amillər səbəbindən Xəzər dənizində nərə balıqlarının  nəsli kəsilmək üzrədir. Zoologiya İnstitutu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun alimləri bu istiqamətdə tədqiqatlarını genişləndirir, dənizin endemik fauna növləri olan nərə balıqlarının tükənməsi probleminin həlli yollarını araşdırıblar”.

Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov sözügedən tədqiqatlar barədə məruzə ilə çıxış edib. O bildirib ki, yerli və xarici mütəxəssislərin rəyinə görə, son onilliklərdə balıqartırma zavodları tərəfindən dənizə balıq körpələrinin buraxılması nərə balıqlarının çoxaldılmasına fayda vermir: “Xəzərdə nərəkimi balıqların təbii və süni artımının miqyası azalır. Bütün kürüləmə yerlərində, Xəzəryanı dövlətlər tərəfindən balıqlar qanuni və qeyri-qanuni yolla intensiv ovlanır. Bu cür hallar nərəkimi balıqların ciddi surətdə azalmasına gətirib çıxarır”.

İ. Ələkbərov problemin həlli yollarından biri kimi nərəkimilərin akvakultura şəraitində çoxaldılmasını təklif edib: “Bu sahədə dünyada tətbiq edilən ən müasir və səmərəli vasitə qapalı su təchizatı qurğusudur. Təəssüf ki, bu üsul indiyədək Azərbaycanın balıqçılıq təsərrüfatlarında istifadə edilməyib. Bu metodun ölkəmizdə ilk dəfə tətbiq olunması üçün Zoologiya İnstitutunun Mingəçevir laboratoriyasının bazasında analoji təcrübə-istehsalat təsərrüfatının yaradılmasını təklif edirik”.

Təklif müəyyən müzakirələrə səbəb olub. Müzakirələrdən sonra qərara gəlinib ki, elmi baxımdan bu problem işlənilməlidir. Problemlə bağlı proqramın icrası istiqamətində tədbirlər görülməlidir və yenidən layihə hazırlanmalıdır. Bir neçə vaxtdan sonra yenidən Rəyasət Heyəti toplaşıb həmin qərarı müzakirə edib, qərar verməlidir./Apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20687

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19282

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20647

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20213

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25746

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20211

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20366
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2020 11:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru