Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2013
16:43
Şəhid Fərid Əhmədova həsr olunmuş filmin təqdimatı olub

Bu gün Cəlilabad rayonunda Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun zabiti Fərid Əhmədovun həyat yolundan bəhs edən filmin təqdimatı keçirilib. Təqdimat mərasimində şəhidin doğmaları ilə yanaşı, Azərbaycan  Mətbuat Şurasının sədri Əflatun Amaşov, yerli icra strukturlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.  Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov Azərbaycan torpaqları uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsini əziz tutduğuna görə filimin yaradıcı kollektivinə bütün rayon sakinləri, o cümlədən şəhid zabitin ailəsi adından təşəkkürünü bildirib. Daha sonra sənədli film nümayiş etdirilib.

Film Fərid Əhmədovun uşaqlıq, gənclik və hərbi xidmətdə olduğu illəri əks etdirir. Şəhid haqqında onun dostlarının, yaxınlarının və müəllimlərinin xatirələri canlandırılıb . Fərid Əhmədovun anası Nərgiz xanım göstərilən diqqətə görə yaradıcı kollektivə təşəkkürünü çatdırıb.

Qeyd edək ki, filmin ssenari müəllifi Kəmalə Mirzəyeva, Fərid rolunun ifaçısı Elvin Qasımovdur.  

Təqdimat zamanı o da bildirilib ki, yaxın vaxtlarda cəlilabadlı şəhid Əhməd Abdullayev haqqında da yeni filmin çəkilişinə başlanılacaq.

Xatırladaq ki, Azərbaycan Ordusunun zabiti Fərid Güloğlan oğlu Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə orta məktəbi bitirərək Heydər Əliyev adına ali məktəbə daxil olub. 2007-ci  ildə oranı bitirib, 2007-2008- ci illərdə Təlim-Tədris Mərkəzində leytenant rütbəsi  almaq üçün kurs keçib. 2008-2009-cu illərdə Gəncədə xidmət edib. 2009-cu ildə öz ərizəsi ilə Tərtərə - döyüş bölgəsinə təyinat alıb, uğurlu xidmətinə görə tez bir zamanda baş leytenant rütbəsi alaraq kəşfiyyat bölük komandiri olub. 2010-cu il Sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 7 noyabr 2010-cu il tarixli sərəncamı ilə baş leytenant Fərid Güloğlan oğlu Əhmədov “İgidliyə görə” medalı ilə təltif edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
445

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
377

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 23:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru