Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2013
20:00
1697
İqor Popov: Qarabağ münqaişəsinin tərəfləri öz mövqelərini dəqiqləşdirməlidirlər

Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşlərini davam etdirməyin vaxtı çatıb. Bu görüşlər zamanı Qarabağ münaqişəsinin tərəfləri öz mövqelərini dəqiqləşdirməlidirlər. Bu barədə jurnalistlərə ATƏT MQ-nin rusiyalı həmsədri İqor Popov çərşənbə axşamı Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşdən sonra bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri irəliləmək üçün Qarabağ münaqişəsi tərəflərinin mövqeyinin dəqiqləşdirilməsini gözləyir. O xatırladıb ki, son iki il ərzində xarici işlər nazirləri səviyyəsində görüş təşəbbüsləri olub, bir halda ki, daha yüksək səviyyədə görüşlərin davam etdirilməsinin vaxtı çatıb.

Öz növbəsində, ABŞ-dan olan həmsədr Ceyms Uorlik əlavə edib ki, həmsədrlər bu ilin sonuna qədər Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyi planlaşdırırlar. O, həmçinin əlavə edib ki, ATƏT MQ münaqişə tərəfləri üçün vəziyyətin mürəkkəb olduğunu dərk edərək, anlayaraq, sülh qurulması istiqamətində işləyir.

Qeyd edək ki, həmsədrlər dünən Azərbaycanda olublar. Azərbaycan prezidenti, XİN rəhbəri, müdafiə naziri ilə görüşlər keçirilib. İlham Əliyev Serj Sarkisyanla görüşdə iştirak etməyə razılıq verib.

Bu gün isə həmsədrlərin Ermənistan prezidenti ilə görüşü olacaq. Görüşdə yeni görüşün təşkili məsələsi müzakirə olunacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
614

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1163
Şərhlər
javanshir tərəfindən 10-11-2013 18:19:45 tarixində yazıldı
tupoy
adamdan sorusharlar, bas san onda kima lazimasn?
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru