Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2013
17:00
ABŞ-da aztəminatlı ailələrə edilən yardım azaldılacaq

FaktXəbər-in verdiyi məlumata görə, Birləşmiş Ştatlar aztəminatlı ailələr üçün nəzərdə tutulan ərzaq proqrammında büdcəni azaltmağı düşünür.

Qeyd edək ki, uyğun dövlət proqramının vaxtı qurtardığı üçün, noyabrın 1-dən ərzaq talonlarının maliyyə təmini dayandırılıb.

Bununla belə, respublikaçılar vəsaitlərin bundan sonra da azaldılmasını tələb edərək, imtiyazlı alış-veriş üçün büdcə proqramını 5 milyard dollar kəsməklə daha ehtiyaclılara yönəltməyi tələb edirlər.

Qeyd edək ki, daxili xərclərin ixtisarı xarici borcun artması ilə əlaqədardır. Nəticədə təqribən 50 milyon aztəminatlı amerikalı zərər görüb.

Ekspertlər hesab edirlər ki, respublikaçıların bu təşəbbüsü cəmiyyətin sosial təbəqələnməsinə səbəb olaraq, çoxsaylı amerikalıları yoxsulluğa düçar edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
464

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
261
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 13:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru