Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2013
12:02
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi”ndə yol verilmiş külli miqdarda maliyyə pozuntularına görə cinayət işi başlanıb

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İB-nin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə əlaqədar Ədliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Araşdırmalar zamanı birliyin vəzifəli şəxsləri tərəfindən 2010-2013-cü illərdə İB-nin hesablaşma hesabına daxil olan pul vəsaitlərinin xərclənməsi zamanı maliyyə pozuntularına yol verilməsində, qrant müqaviləsi əsasında ayrılmış 43.0 min ABŞ dolları məbləğində vəsaitin təyinatı üzrə istifadə edilməyərək xarici ölkə vətəndaşının hesabına köçürülməsində, Təhsil Nazirliyi və «Azərbaycan Universiteti» MMC ilə keçirilən birgə layihələrin icrası zamanı büdcə vəsaitlərinin istifadəsində qanun pozuntularına yol verilməsində, zəruri sənədlər tərtib edilmədən xidmət haqqı kimi kənar müəssisəyə 10 min 500 manat, digər müəssisəyə isə 16 min 800 manat pul vəsaitinin nağd şəkildə ödənilməsində və sair maliyyə pozuntularına yol verilməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
396

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
750
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 09:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru