Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2011
11:28
`VKONTAKTE`nin RƏHBƏRİ FTX-nin TƏZYİQİNDƏN DANIŞDI
Təhlükəsizlik orqanları müxalif qrupları bağlamağı tələb edir

FaktXeber.com-un verdiyi məlumata görə, "VKontakte" sosial şəbəkəsinin yaradıcısı Pavel Durov bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidməti ona təzyiq edir. Bu barədə Durovla yazışmasını öz bloqunda yayımlayan edvvvard (Eduard Kotişe Kot) adlı istifadəçi -  RosPil-korrupsiya ilə mübarizə-Aleksey Navalnı qrupunun adminstratoru - məlumat yayıb. Edvardın sözlərinə görə, dekabrın 6-da qrupda yeni mövzu açmaq və şərh yazmaq bağlanılıb. O bu barədə tvitterdə Pavel Durova yazıb və o belə cavab verib: "Qrupa 24 saat ərzində 16384 müraciət olub ki, bu da məhdudiyyət həddindən artıqdır. Biz sizə görə indi alqoritmləri dəyişəcəyik."
Bundan sonra giriş həddi 34 minə qaldırıldı.

Bundan sonra Eduard və Pavel arasında "VKontakte"də dialoq başlayıb. Navalnı qrupunun adminstratoru problemin tez həlli üçün təşəkkür edib. "Dəyməz. Son günlər FTX bizdən siz də daxil olmaqla bütün müxalif qrupları məhdudlaşdırmağı tələb edir. Biz bunu etməyəcəyik. Bilmirəm bu bizim üçün necə nəticələnəcək, amma dözəcəyik", - deyə Durov bildirib.

Eduard bu yazışmanın paylaşma razılığını aldıqdan sonra onu internetdə yayımlayıb. Durov bildirib ki, "VKontakte" nə hakimiyyəti, nə də ki, müxakifəti dəstəkləmir.

Xatırladaq ki, 15 gün həbs cəzası almış bloqqer Aleksey Navalnının qrupunun 80 minə yaxın üzvü var.

Babək

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
389

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
290

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
301

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
277

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
402

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
381

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
581
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 14:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru