Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Noyabr

2013
09:27
1620
Elnur Allahverdiyev `Qarabağ` azarkeşlərinə: Adam kişi olar!

Topaz Premyer Liqasının XII turunda “Qarabağ”a 3:4 hesabı ilə uduzan “Qəbələ”nin müdafiəçisi Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi 

- Bu cür məğlub olacağınızı gözləyirdinizmi? 
- Gərgin olacağını bilirdik. Çünki “Qarabağ” güclü rəqibdir. Biz də zəif deyilik, çempionluq uğrunda mübarizə aparırıq. Birinci hissədə çox pis oynadıq. Yarımmüdafiə xətti demək olar yox idi. İkinci hissədə sübut etdik ki, qələbə də qazana bilərdik. Çox gözəl qarşılaşma oldu. Azərbaycan çempionatında bəlkə də belə maraqlı oyun baş tutmamışdı. 

- Komandanız niyə gec “ayıldı”? 
- Fasilədə edilən əvəzetmələr oyuna yaxşı qoşuldu, ona görə. 

- Amma gec idi... 
- Razıyam. İlk dəqiqələrdən həmin heyətlə başlasaydıq, məğlub olmayacaqdıq. 

- Müdafiədə kobud səhvlər buraxdınız. Fərdi planda uduzmağınız nədən irəli gəlirdi? 
- Necə gözəl qollar vurduq, amma necə biabırçı qollar buraxdıq. Uduzanda hamının səhvi olur. Əsas problem birinci hissədə orta xəttin zəif çıxış etməsi idi. 

- Müdafiənin mərkəzində yer almağınız oyununuza mənfi təsir etmir? 
- Millidə də, “Xəzər Lənkəran”da mərkəz müdafiəçisi kimi çıxış etmişəm. Ancaq müəyyən mənada çətinlik yaradır. Bəzən sağ, bir neçə oyunda sol cinahda meydana çıxıram. Bir yerdə daimi oynasam, daha yaxşı olardı. Oyuna gəldikdə, bu bəhanə olmamalıdır. Təcrübəmlə bunu sığortalamalı idim. Meydandakı mövqelərlə bağlı qərarı baş məşqçi verir. Harda desə, komandama kömək etməyə çalışacam. 

- Baş məşqçi Yuri Syomin müdafiəçilərin fərdi səhvlərə yol verdiyini, siz isə yarımmüdafiə xəttinin bərbad oynadığına görə uduzduğunuzu deyirsiz. Kim haqlıdır? 
- Komanda qol buraxırsa, müdafiənin səhvi danılmazdır. Ancaq futbolu təkcə müdafiəçilər oynamır. Bu gün “Qarabağ”a müdafiə xətti lazım deyildi. Çünki komandanın o cür güclü yarımmüdafiəsi var. Hər şeyi onlar həll edir. 

- Reynaldo ilə mübarizə zamanı “Qarabağ”ın məşqçilər korpusunun sərt reaksiyası nədən qaynaqlanırdı? 
- Dedilər ki, guya onu qəsdən vurmuşam. Reynaldonu qəsdən vursaydım, gərək 5 ay futbol oynamasın. Sadəcə, həmin epizodda gecikdim. Onu niyə qəsdən vurum? O da futbolçudur. 

- Amma “Qarabağ”ın futbolçuları haqqınızda heç də xoş sözlər söyləmədilər... 
- Müdafiəçinin işi hücumçunu vurmaqdı... Yox dayanmalıyam ki, xahiş edirəm buyur, qapımıza qol vur? 

- “Qarabağ” azarkeşlərinin haqqınızda nalayiq sözlər səsləndirməsi oyununuza təsir etdimi? 
- Onların niyə elə etdikləri mənə qaranlıq qaldı. Heç vaxt azarkeşlərlə problemim olmayıb. İki il “Qarabağ”ın formasını geyinmişəm. Demək istədiyim yeganə söz budur: adam kişi olar! Kimsə onları öyrətmişdi. Bu, mənə qarşı təxribat idi. Sabah müharibə başlasa, qaçıb gizlənəcəklər. Onların hərəsinə bir manat verib, stadiona gətiriblər. Tanımıram onları?

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
120

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
253

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2344
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 08:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru