Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2013
14:42
2105
Millət vəkilinə görə sabah özünü yandıracaq Qarabağ əlili FaktXeber.com-a danışdı
Zaur Həsənov: “Evim bankda girovdadır və satışa çıxarılıb. Bankdan pul götürüb obyektə sərmayə qoydum, sonrada gəlib əlimdən aldılar”

II qrup Qarabağ əlili Zaur Həsənov sabah səhər saat 10-da Həmkarlar İttifaqının qarşısında özünü yandıracaq. Bu barədə FaktXeber.com-a Zaur Həsənovun özü məlumat verib. Qarabağ əlili açıqlaması zamanı bildirdi ki, mülkiyyət hüquqları Həmkarlar İttifaqı tərəfindən ciddi şəkildə pozulub: “Vaxtı ilə eks-prezident Heydər Əliyev tərəfindən Qarabağ əlillərinin yaşayışlarının yaxşılaşdırılması məqsədi ilə dəniz kənarında mənə torpaq sahəsi verilmişdi. Həmin torpaqla bağlı Həmkarlar İttifaqı tərəfindən 2010-cu ildə məhkəməyə verildim və yerim əlimdən alındı. Məhkəmənin qərarından sonra hər yerə şikayət etməyimə baxmayaraq boş-boş sözlər və vədlərdən başqa bir cavab verilmədi.”

Torpaq sahəsində yerləşən obyektinin yeganə gəlir mənbəyi olduğunu bildirən Zaur Həsənov, “həm sahibkar idim,  həm də ki, aşpazlıq edərək balıq bişirirdim. Eyni halda vaxtlı-vaxtında bütün vergiləri ödəyirdim”, - deyə qeyd etdi: “Özümü yandırmağımla bağlı verdiyim qərar qətidir. Evim bankda girovdadır və satışa çıxarılıb. Bankdan pul götürüb obyektə sərmayə qoydum, sonrada gəlib əlimdən aldılar. Həmkarlar İttifaqının rəhbəri, millət  Səttar Mehbalıyev də öz növbəsində mənə söz verərək aldadıb. Yeganə çıxış yolumu sabah səhər saat 10-da millət vəkili Səttar Mehbalıyevin rəhbəri olduğu Həmkarlar ittifaqının qarşısında özümü yandırmağımdır və bunu da edəcəm. Artıq qəti qərar vermişəm.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
72

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 04:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru