Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2013
12:57
Şirin qəndimizi zəhər edirlər FOTO

Fiziki şəxs Nəzərov Əbülfəzə məxsus müəssisədə "Fəta 121" nişanlı rafinə edilmiş qənd istehsalı zamanı standartın tələblərinin pozulması faktları aşkar edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən fiziki şəxs Nəzərov Əbülfəzə məxsus müəssisədə "Fəta 121" nişanlı rafinə edilmiş qənd istehsalına dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə uyğunluq sertifikatı olmadan sanitariya norma və qaydalara məhəl qoyulmadan 2 adda məhsul - karamel tipli şərq şirniyyatı (noğul) və nanəli karamel istehsal edilir.

Eyni zamanda, istehsal olunan "Avko" nişanlı karamel tipli şərq şirniyyatı - noğul məhsullarının üzərində istehsalçı kimi başqa bir müəssisənin (Xaçmaz şəhəri, fiziki şəxs Əliyev E.Ş) qeyd edildiyi müəyyən edilib. Nəzarət tədbirləri nəticəsində məhsulların müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimatının və resepturaların, habelə müəssisənin laboratoriyasının və ya akkreditasiya olunmuş laboratoriya ilə müqavilənin olmadığı aşkar olunub.

Müəyyən olunmuş bu və digər nöqsanlarla bağlı olaraq, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati protokol tərtib edilmiş, sertifikatsız məhsulların istehsalı və satışı qadağan edilmişdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
215

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
178

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
201

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
330

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
302

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
292

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
304

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 21:17





  [email protected]l.com

Valyuta.com

Рейтинг@Mail.ru