Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2013
16:37
Məhəmmədrəsul Məcidov: `Çox əziyyət çəkmişdim, sevinirəm ki, bəhrəsini gördüm`

Boks üzrə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov azerisport.az saytına müsahibəsində Qazaxıstandakı yarışla bağlı danışıb və qarşıdakı hədəflərini açıqlayıb.
 
- Qələbə münasibətiylə təbrik edirik. Özünüzü necə hiss edirsiniz?
- Dünya çempionatında gərgin görüşlər keçirdim. Bir qədər yorğunluq var. Amma fəxrü kürsüyə qalxanda hər şeyi unutdum. Çox xoşbəxtəm və sevinc içindəyəm. Qazaxıstana gedəndə arzulayırdım ki, titulumu qoruya bilim. İstəyimə nail oldum. Çox əziyyət çəkmişdim, sevinirəm ki, bəhrəsini gördüm.
 
- Azərbaycan boksunda ikiqat dünya çempionu yox idi...
- Bunu yarışdan əvvəl bilirdim. İndi ikiqat dünya çempionuyam və özümü çox yaxşı hiss edirəm. Bilirəm ki, hər qələbənin sonu var. Müəyyən vaxtdan sonra yenidən titulumu qorumağa çalışacam. Daim zirvədə qalmaq istəyirəm.
 
- Dünya çempionatı dəbilqəsiz keçirildi. Bu sizə problem yaratmadı?
- Əslində dəbilqəsiz daha rahat idi. Bəlkə peşəkar boksa olan həvəsdən irəli gəlir. Həm də "Baku Fires" də çıxışımla yaxşı təcrübə qazanmışdım. Özümü rinqdə çox rahat hiss edirdim. Rəqiblərim barədə bunu deyə bilmərəm. Dəbilqəsiz boksda zərbələr daha güclü təsir edir. Rəqibin zərbəsi dəqiq olanda özünü toplamağa bir qədər vaxt lazım olur. Ona görə rəqiblərimin bəxti gətirməyib.
 
- Ən çətin görüşünüz hansı oldu?
- Həmişə son görüş yadda qalır. Finalda hesabda geri olduğumu bilmirdim. Nokaut barədə də düşünmürdüm. Sadəcə, zərbəm onu yaxşı tutdu və o noqdauna düşdü. Ona rəhm etmək fikrim yox idi. İstəyirdim çempion olum. İkinci zərbədən sonra nokauta düşdü.
 
- Növbəti hədəfləriniz nə olacaq?
- Sağlamlığımda problem olmasa, daim qızıl medal uğrunda çalışacam. Çox istəyirəm ki, 2014-cü ildə də əsas yarışlarda qələbə qazanım. 2015-ci ildə Bakıda Avropa Oyunları olacaq. Orada da qızıl medal qazanmaq istəyirəm. Ən böyük arzum əlbəttə Yay Olimpiya Oyunlarıyla bağlıdı. Sadəcə indi bu barədə danışmaq tezdi.
 
- Növbəti dünya çempionatında sizə daha çox diqqət olacaq...
- Qismət olsa, üçüncü dəfə dünya çempionu olmaq pis olmazdı. Həyatda insan qələbələrin sayının çox olmasını arzulayır. Çox istəyirəm qalib gəlim. Hər qələbənin öz yeri var.
 
- Azərbaycan komandasının çıxışını necə qiymətləndirirsiz?
- Bütün xalqı təbrik edirəm. Komandamızım çıxışı çox yaxşı alındı. 2 qızıl və 1 bürünc medal bizi komanda hesabında 3-cü yerə yüksəltdi. Bütün dünyada boks dayanmadan inkişaf edir. O mənada bu nəticə böyük uğur kimi qiymətləndirilməlidi. Cavid finalda rus idmançısı üzərində parlaq qələbə qazandı. Digər boksçularımız da mübarizəsiz təslim olmadılar. Nəticələrimiz sübut etdi ki, boks Azərbaycanda inkişaf edir

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
316
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 11:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru